Xəbərlər
24 aprel 2017
2 481
ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi
Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) oktyabr ayında Bakı Biznes Mərkəzində keçiriləcək "Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıq mərhələsində ADU-da Sərgi Komissiyasının üzvləri ilə yapon dilinə və Yaponiyaya maraq göstərən tələbələr arasında görüş keçirilib.
Görüşün əsas məqsədinin sərgi haqqında tələbələrə məlumat vermək, onların iştirakı və əməkdaşlığı məsələlərini müzakirə etmək, eləcə də tərcümə bacarığı olan tələbələri siyahıya almaq olduğunu deyən ADU-nun Yapon Mərkəzinin baş mütəxəssisi Yaşar İbrahimov sərginin Azərbaycanla Yaponiya arasındakı ticarət əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Görüşdə iştirak edən yapon qonaqlar ərzaq sərgisinin hər iki ölkənin biznesmenləri arasında əməkdaşlığın yaranması və iştirakçıların yapon mətbəxi ilə tanış olması baxımından əhəmiyyətini vurğulayıb, tələbələri sərgiyə dəvət ediblər.