AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
02 oktyabr 2021
1 500


Kitabları atmayın! - İNCƏ BAXIŞ



 

"Bəzilərinin kitabdan qurtulmağın yolunu onu zibil yeşiklərinin yanında atmaqla tapması adamı təkcə narahat etmir, həm də düşündürür. Heç şübhəsiz, həmin şəxs nə oxuduğu kitabın məzmununu anlaya bilib, nə də ümumiyyətlə, kitabın nə demək olduğunu dərk edib”.

Bu fikirlər "Kaspi” qəzetində Təranə Məhərrəmovanın "Kitabları atmayın” adlı məqaləsində yer alıb.

Həmin məqaləni təqdim edirik:

"Orta məktəbdə oxuduğum illərdə "Dünya ədəbiyyatı” seriyası çap olunurdu. Köhnə pal-paltardan ibarət "makulatura” təhvil verib həmin kitablara abunə olmaq mümkün idi. Qohum-əqrəbadan yığdığım 25 kq pal-paltarı təhvil verib seriya üçün yazıldım. Dünya klassiklərinin ən maraqlı kitablarını əldə etmək şansı qazandım. İndi də o əsərlər kitabxanamın bəzəyidir.

"Facebook”da həmkarlarımdan biri atılmaq üçün küçəyə qoyulmuş kitabların şəklini paylaşıb. Qalaq-qalaq yığılan nəşrlərin lap üstündə Üzeyir Hacıbəyov haqqında kitab, həmçinin Teodor Drayzerin "Kerri bacı” romanı diqqətimdən qaçmadı. Təxminən 100-ə yaxın kitabla birlikdə bunlar dəyərsız əşya kimi zibilliyə atılmaq üçün qoyulmuşdu. Vaxtilə həmin kitabları, bəlkə də, həvəslə yığan, pul verib kitabxana quran adamın birdən-birə onlara nifrət dolu münasibətini anlaya bilmədim. Ən azı, kitabları kiməsə bağışlamaq, hər hansı məktəb və ya şəhər kitabxanasına təhvil vermək olardı. Bildiyim qədər, Milli Kitabxananın belə bir şöbəsi var: atılmaq təhlükəsi ilə üzləşən ədəbiyyatı qəbul edir. Kitabların bağışlanması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən elanların da izinə düşmək çətin deyil. Bəzilərinin kitabdan qurtulmağın yolunu onu zibil yeşiklərinin yanında atmaqla tapması adamı təkcə narahat etmir, həm də düşündürür. Heç şübhəsiz, həmin şəxs nə oxuduğu kitabın məzmununu anlaya bilib, nə də ümumiyyətlə, kitabın nə demək olduğunu dərk edib.

Kitabı gərəksiz əşya kimi atmağın yox, paylaşmağın onlarla yolu var. Məsələn, son illərdə Moskvada "Bookcrossing” kitab mübadiləsi populyarlıq qazanıb. Metrolardan başlayan hərəkatın mahiyyəti sadədir. Bir kitabı oxuyan adam onu izdihamlı bir yerə buraxır. Bu yer park da ola bilər, kafe də, ictimai nəqliyyat da. Sonra onu başqası tapıb götürür. Oxuduqdan sonra kitabı növbəti oxuculara buraxır. Beləliklə, kitabı almağa və atmağa ehtiyac qalmır.

Bir çox ölkələrdə ayrı-ayrı məkanlarda kitab rəfləri də qurulub. Bu yaxınlarda Lvovda da belə təcrübə ilə rastlaşdım.

Digər bir təcrübə - "Kitablara ikinci həyat” şüarı ilə bəzi şəhərlərdə ictimai kitab şkaflarının yerləşdirilməsidir. Bu şkaflar əhalidən kitab qəbulu üçün nəzərdə tutulub. TV və radiolarda, həmçinin sosial şəbəkələrdə həmin ünvanların vaxt aşırı elanı verilir, internetdə telefon nömrələri yerləşdirilir.

Bizim şəhər və rayonlarda heç olmasa faydalı təcrübələri təkrarlaya bilərlər. Hamı kitab mağazalarına və ya kitabxanalara getmir, bəzilərinin evdə kitabları belə yoxdur. Pulsuz kitablar kiminsə zövq almasına və oxumağa marağının yaranmasına səbəb ola bilər. Ən əsası, kitablar lazımsız əşya kimi küçələrə atılmaz...”



Загрузка...
Həmçinin oxuyun:
İşdən çıxarılan direktor hansı sənədləri təhvil verməlidir? - SİYAHI

İşdən çıxarılan direktor hansı sənədləri təhvil verməlidir? - SİYAHI

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Mən hüquq müdafiəçisi deyiləm:“Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi...”

Mən hüquq müdafiəçisi deyiləm:“Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi...”

Kitab oxuyun nəticəni 6 dəqiqədən sonra hiss edəcəksiniz

Kitab oxuyun nəticəni 6 dəqiqədən sonra hiss edəcəksiniz

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Nadir Israfilov: “İllər keçdikcə bir daha şahidi olursan ki…”

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Azərbaycanlı fenomendən fenomenal kitab

Azərbaycanlı fenomendən fenomenal kitab

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?