AzTehsil.com


Xəbərlər
18 sentyabr 2021
757


Bu gün Milli Musiqi Günüdür



 

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
 
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu” operasıdır. "Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.



Загрузка...
Həmçinin oxuyun:
Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu

Bakı Musiqi Akademiyasında erməni plagiatlığı müzakirə olundu

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycanın ilk rok-operası yazıldı

Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə həbsə düşmüşdü...

Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə həbsə düşmüşdü...

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Prezidentin köməkçisi: “Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

Prezidentin köməkçisi: “Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Əşrəf Abbasov

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Əşrəf Abbasov

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Tələbə rejissorlar imtahan verdilər

Tələbə rejissorlar imtahan verdilər

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olub

Cəlil Məmmədquluzadənin doğum günüdür

Cəlil Məmmədquluzadənin doğum günüdür

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans