Xəbərlər
08 sentyabr 2021
876


İlin ən yaşlı tələbəsi: “Riyaziyyatdan hazırlaşmağıma oğlum kömək edirdi”

İlin ən yaşlı tələbəsi: “Riyaziyyatdan hazırlaşmağıma oğlum kömək edirdi”

 

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

Belə ki, V qrup üzrə qəbul olan 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

Qəbul imtahanlarına hazırlaşmaqda heç bir çətinlik çəkmədiyini deyən M. Səttarov özünü şanslı saydığını söyləyib:

"Mən ali təhsil almaq haqqında çoxdan düşünürdüm, buna böyük marağım və həvəsim var idi. Çalışırdım ki, imtahanlara hazırlaşım, özümü sınayım. Davamlı imtahanlarla, hazırlıq və dərslərlə maraqlanırdım, çoxlu bədii ədəbiyyat oxuyurdum.

Bununla bərabər, həm də işimə görə ali təhsil almağı özümə borc bilirdim. Hazırda Xəzər rayonu, Mərdəkan bələdiyyəsində çalışıram, Gənclər və idman üzrə komissiyanın sədriyəm. Bununla əlaqədar orta təhsilimi aliyə yüksəltməyə qərar verdim”.

M. Səttarov imtahan hazırlaşmaq üçün müəllim yanına getmədiyini vurğulayıb:

"İmtahanlara öz gücümlə hazırlaşmışam. Çoxlu sayda materiallara internet üzərindən çatmaq olur. Kitablarda məlumatlar var, ən çox Azərbaycan dili, ədəbiyyat və rus dilini oxuyurdum, testlərə diqqət edirdim. Riyaziyyat fənnindən bir az zəif idim, buna hazırlaşmağıma oğlum kömək edirdi. Onun köməyi məni çox irəli apardı. Oğlum Milli Aviasiya Akademiyasında təhsil alır, hazırda ikinci kurs tələbəsidir”.

Həmsöhbətimiz imtahana gedərkən stres keçirdiyini etiraf edib:

"İmtahan keçirilən binanın qarşısında mənim yaşımda valideynlər yığışmışdı, mən uşaqlarla birlikdə içəri keçəndə fərqli hisslər yaşadım. İmtahan otağında, hətta binada yaşıdlarım yox idi. Amma təhsilə olan sevgim bu stressi azaldı.

Mənə elə gəlir ki, universitetdə oğlum yaşda tələbələrlə bir qrupda təhsil almaq böyük problem olmayacaq. Çünki təhsil almaq üçün yaş həddi yoxdur, insan hər zaman oxumalı, təhsil almalı, öyrənməlidir. Bu fikir elə problemlərdən keçməyə kömək edəcək. Ali təhsil almağım qeyd etdiyim kimi işim üçün də vacib idi. Bundan sonra işimdə daha uğurlu addımlar atmağa, daha perspektivli yol açılmasında kömək edə bilər. İşlə universiteti uyğunlaşdıra bilərəm. Yəqin ki, çətinliyim olmayacaq”.

Bundan əlavə, M. Səttarov ali məktəbə hazırlaşan gənclərə məsləhət verməyi də unutmayıb:

"Əslində ali məktəbə hazırlaşmağın heç bir çətinliyi yoxdur. Sadəcə oxumaq, oxumaq və yenə də oxumaq lazımdır. Gənclərə tövsiyəm budur”.

Mənbə: Modern.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir

Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

700 bal toplayanlar bəribaşdan ixtisas da seçiblər

700 bal toplayanlar bəribaşdan ixtisas da seçiblər

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ

Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm” - FOTO

15 yaşlı tələbə: “Birinci sinfə dörd yaşımda getmişəm” - FOTO

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Tələbə Türkiyədə itkin düşüb

Tələbə Türkiyədə itkin düşüb

Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO

Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO

ADU-da abituriyentlərin sənəd qəbuluna könüllü tələbələr kömək edirlər

ADU-da abituriyentlərin sənəd qəbuluna könüllü tələbələr kömək edirlər

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"

Fransanın aparıcı universitetlərindən birində təhsil almaq, 4 ilə iki nüfuzlu ali məktəbin diplomunu əldə etmək…

Fransanın aparıcı universitetlərindən birində təhsil almaq, 4 ilə iki nüfuzlu ali məktəbin diplomunu əldə etmək…

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər