AzTehsil.com

Xəbərlər / Müəllim / Ekspert
11 avqust 2021
1 133

Sədr müavini: Zəif göstəriciləri pandemiya ilə əlaqələndirmək ədalətsizlik olardı.

Bu il 700 bal toplayan olmadı, gələn il olar. 700 bal məsələsi ətrafında ajiotaj yaratmağa heç bir lüzum görmürəm. Ümumiyyətlə, təkcə ali məktəblərə qəbulun nəticələrinə əsaslanaraq təhsilin keyfiyyətinin aşağı düşməsi barədə nəticə çıxarmağın özü də düzgün yanaşma hesab oluna bilməz.

Bu sözləri  təhsil eksperti Nadir İsrafilov ali məktəbə qəbul imtahanlarının nəticələri barədə danışarkən deyib.

"Düzdür, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Bununla belə təhsilin keyfiyyətinin bir-iki ilin nəticələri ilə ölçülməsi, neçə məzunun ali məktəbə daxil olması, neçə abituriyentin yüksək bal toplaması ilə dəyərləndirilməsi də bizim mentalitetdən irəli gələn haldır. UNESKO-nun tərifinə əsasən, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük”, - ekspert deyib.

N.İsrafilov pandemiyanın digər sahələrə olduğu kim təhsilə də təsirsiz ötüşmədiyini bildirib:

"Buna baxmayaraq, zəif göstəriciləri bilavasitə pandemiya ilə əlaqələndirmək ədalətsizlik olardı. Pandemiyasız illərdə də 700 ballıq nəticə göstərənlərimiz olmayıb. Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti il ən yuxarı nəticə göstərən olmayıb. Bu kimi hallar ayrı–ayrı illərdə kurikulumların tətbiqi, qəbul qaydalarının dəyişdirilməsi, yeni imtahan modelinə keçid, hansısa ilin buraxılışının zəif göstəricilərı, bir il imtahana asan, növbəti il çətin sualların salınması və bir çox digər amillərlə əlaqədardır.

Əslində pedaqoji nöqteyi-nəzərdən və klassik "5 ballıq” şkala üzrə qiymətləndirmə baxımından 550 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək də düzgün deyil. Təhsildə tarazlığı təmin etmək üçün bir az da 0 bal qalsın bir yana, 100-200 ballıqlara diqqət yetirsək, təhsili həm eninə, həm də dərininə inkişaf etdirmiş olarıq. Zaman keçdikcə boşluq olan sahələr üzə çıxacaq və təkmilləşmə prosesi davam edəcək”.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplamayıb.

Загрузка...
Həmçinin oxuyun:
600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

Orta məktəbə universitetlər üçün “abituriyent hazırlığı kursu” kimi baxmaq düzgün deyil...

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

Bakıda iki məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Sədr müavini -Belə ifadəni müəllimlərə, müəllim olmaq arzusunda olanlara şamil etmək onları aşağılamaqdır.

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.