AzTehsil.com


Xəbərlər / Ekspert / Manşet
03 avqust 2021
23 140


"Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdır" - Ekspert



 

"Yaşı yuxarı olan müəllimlər əmək müqaviləsinin müddəti uzadılmadan birmənalı şəkildə yüksək əməkhaqqı ilə təqaüdə göndərilməlidirlər".

 Bunu Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, tədrisə gənc və daha çevik kadrların cəlb olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, yaşı 65 olmuş şəxslər tədris müəssisəılərində çalışmanın son yaş həddində olurlar və onlarla bağlanan müqaviləyə xitam verilir. Düzdür, məcəllədə bəzi tələblər var ki, əgər həmin müəllim əməkdar müəllimdirsə, dərslik müəllifidirsə və ya orden və medalları varsa, onlara müəyyən güzəştlər tətbiq edilərək, bağlanmış müqavilə uzadıla bilər. Dünya təcrübəsinə əsasən, qeyd edə bilərik ki, bir çox hallarda yaşı yuxarı olan müəllimlərin, təbii ki, kifayət qədər təcrübəli olsalar belə, müasir İKT bacarıqları çox aşağı olur. Kompüterdən, müəyyən proqram təminatlarından yüksək səviyyədə istifadə edə bilmirlər. Ona görə hesab edirəm ki, birmənalı şəkildə orta ümumtəhsil məktəblərində gənc kadrlara üstünlük verməliyik. Çünki onlar daha çevikdirlər, yeniliklərə açıqldırlar və bunu tətbiq edirlər. Mütləq şəkildə "Təhsil haqqında" qanuna, Əmək Məcəlləsinə dəyişiklik etməliyik".

Ekspert, həmçinin bildirib ki, müəllimlikdə də xüsusi xidmət orqanlarında və digər sahələrdə olduğu kimi, iş stajı müəyyən vaxt çatanda bitməlidir:

"Hesab edirəm ki, 25 il iş stajından sonra müəllimlər 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar. Bu, həm gənclərin işlə təmin olunma imkanlarını artıracaq, həm də təhsilin inkişafına müsbət təsir göstərəcək. Bu gün qəbul imtahanlarına baxanda görürük ki, müəllimlərin işə qəbulunda 60 mindən çox insan iştirak edib və onların sadəcə 8 mini işlə təmin olunub. 50 mindən çox gəncimiz əllərində diplom olsa da, müsabiqə şərtlərini ödəsələr də, lazımi sayda vakant yer olmadığı üçün işləyə bilmirlər. Müəllimlərin dərs saatları ilə bağlı da islahatlar aparılmasına ehtiyac var. Düşünürəm ki, müəllim 12 saat dərs deyib, minimum 500 manat əməkhaqqı almalıdır. Bu, onların həm iş yükünün azalmasına, həm də təhsilin keyfiyyətli olmasına xidmət edəcək. Yaşlı müəllimləri saxladıqca, görürük ki, buraxılış və qəbul imtahanlarının nəticələri o qədər də ürəkaçan olmur. Şagirdlər müasir İKT ilə bağlı zəruri bilikləri həmin müəllimlərdən ala bilmirlər. Düzdür, yaşı çox olan müəllimlərin təcrübələri böyükdür. Biz onlardan yararlanmalıyıq, lakin təhsil sistemində vahid dərslik olduğuna görə, bunu yaşından asılı olmayaraq hər bir insan tədris edə bilər. Hər dörd ildən bir dərslik siyasəti də dəyişir və bununla da ayaqlaşmaq lazımdır. Bu baxımdan, tədris prosesinə gənc, daha çevik və daha yenilikçi gənclərin cəlb olunması məqsədəuyğun olardı".



Загрузка...
Həmçinin oxuyun:
BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

65 yaşı tamam olmuş təhsil işçisi hansı halda işdə saxlanıla bilər?

Müəllimlərin maaşına təsir edən amillər

Müəllimlərin maaşına təsir edən amillər

Yaşı 60-dan yuxarı olan müəllimlər əvəzlənəcək

Yaşı 60-dan yuxarı olan müəllimlər əvəzlənəcək

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

“Sertifikasiya imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm” – Təhsil ekspertindən açıqlama

“Sertifikasiya imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm” – Təhsil ekspertindən açıqlama

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunmayacaq- RƏSMİ

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Müəllimlərin maaşı bu cür hesablanır – Vacib meyar və qaydalar

Müəllimlərin maaşı bu cür hesablanır – Vacib meyar və qaydalar

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici siyahı

Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici siyahı

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Müəllimlərin maaşı necə hesablanır? – Vacib meyar və qaydalar

Müəllimlərin maaşı necə hesablanır? – Vacib meyar və qaydalar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar