AzTehsil.com


Xəbərlər / Müəllim
15 iyul 2021
1 167


İmtahan verəcək abituriyentlərin valideynləri, BU MƏSƏLƏLƏRDƏ diqqətli olun!



İmtahan verəcək abituriyentlərin valideynləri, BU MƏSƏLƏLƏRDƏ diqqətli olun!

 

Bu gündən ali məktəblərə qəbul imtahanlarına start verilib. Belə bir zamanda abituriyentlərin narahatlığı davam etməkdədir. Valideynlər də xüsusən bu ərəfələrdə diqqətli olmalı, belə həssas məqamlarda övladlarına vaxt ayırmalıdırlar.

1. Övladınıza dəstək olun, onunla dost kimi davranın.

Övaldınız sizi dost kimi görsə, bütün problemlərini sizinlə paylaşa biləcək.  

2. İstirahətə çıxın.

İmtahan nəticələri açıqlana qədər istirahət etmək övladınızı stresdən uzaqlaşdıracaq.  

3. Gələcəklə bağlı neqativ düşüncələrə qapılmayın;.

Gələcəkdə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələrini bilinmədən ehtimal və seçimlər üzərində danışmaq yararlı olmaya bilər.

4. Onu nə qədər sevdiyinizi hiss etdirin.

Nəticə nə olursa, olsun valideynlər övladları ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Övladlarınıza onları həmişə sevəcəyinizi və yanlarında olacağınızı hiss etdirin.

5. Universitet seçimi haqında danışmayın.

İmtahan nəticələri açıqlana qədər universitet seçimi mövzusunda danışmayın. Nəticələr açıqlandıqdan sonar kifayət qədər vaxtınız olacaq.

6. Övladınızı digər uşaqlarla müqaisə etməyin.

Əgər siz "qonşunun uşağı qəbul oldu, sən qəbul ola bilmədin" kimi sözlər işlətsəniz, o zaman, təbii ki,uşaqda ağır psixoloji problemlər, depresiyalar yaranacaqdır.

7. Gözləntidə real olmağa çalışın.

Hər bir valideyn uşağının bilik səviyyəsina bələddir. Gözləntinizi ona uyğun müəyyənləşdirin.

Unutmayın, həyat və imtahan bir-birindən çox fəqlidir. İmtahanda uğursuz olmaq həyatda da uğursuz olacağınız demək deyil.AzEdu.az 



Загрузка...