AzTehsil.com


Xəbərlər
22 sentyabr 2019
1 844


Rektordan tələbələrə tövsiyələr



 

 
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə növbəti tövsiyələrini bölüşüb. 

1. Dərslərinizə daha çox vaxt ayırın. Ən güclü silahın bilik və savad olduğunu unutmayın.
2. Müəllimlərinizin qiymətini bilin. Onlara dəyər verin.
3. Dost seçimində diqqətli olun. Hər insanla dostluq etməyin.
4. Sağlamlığınızı qoruyun. Zərərli fikir və qidalardan uzaq olun.
5. Sizə verilən şansları düzgün dəyərləndirin.
6. Bu günün işini sabaha buraxmayın.
7. Dərslərinizlə ilk gündən ciddi məşğul olun.
8. Özünüzdə kitabxana vərdişi yaradın.
9. Nizamlı və intizamlı olun.
10. Prinsipal və məqsədyönlü olun.



Загрузка...