Ata-ana və uşaq münasibətlərinin sağlam təməl üzərində qurulması uşağın həm sosial,həm də zehni inkişafinda xüsusi yer tutur. Duyğularını rahat ifadə edə bilən özünə inamlı uşaq yetişdirmək üçün ataların uşaqlarla münasibəti necə olmalıdır?
ÖVLADINIZA SEVİLDİYİNİ HİSS ETDİRİN.
Uşaqlarla sağlam münasibət qurmağın təməlində ona sevildiyini hiss etdirmək dayanır. Psixoloqlara əsasən bəzi ataların sevgi göstərməyi öz kişi obrazının zəifləməsi kimi qiymətləndirmələrini və uşaqlarını nə qədər sevsələr də bunu uşağa bildirməkdən çəkinmək mövqelərini düzgün saymırlar. Ataların övladları ilə fiziki təmas qurmasının,onlara toxunmasının,hətta qucaqlamasının uşaqların psixoloji və sosial inkişafina müsbət təsiri var. Atasıyla güclü bağı olan uşaqlar özlərini ifadə etdikdə, duyğularını bildirdikdə daha rahat olurlar.
DƏSTƏKLƏYİCİ VƏ YÖNLƏNDİRİCİ OLUN.
Övladımla necə dost olum? Bu sualın cavabı yaxşı dinləyici və dəstəkçi olmaqdan keçir. Atası və anası tərəfindən başa düşüldüyünü , dəyərləndirildiyini hiss edən uşaq bir mənalı olaraq valideynlərini özünə dost olaraq qəbul edir. Uşaq psixoloqu Özge Merve atanın uşağa qarşı dəstəkləyici və yönləndirici mövqedə olmasını vurğulayır. Problemli hallarda ata təhdid və şiddət olmadan uşağa dostcasına etibar edə biləcəyi şəkildə yaxınlaşmalıdır.
BİRGƏ FƏALİYYƏTLƏR EDİN.
Övladınıza düzgün mövqedən yaxınlaşmağın digər yolu onun sevəcəyi müxtəlif növ fəaliyyət və məşğələlərdə birgə iştirak etməyinizdir. Birlikdə vaxt keçirmək üçün ortaq mühit yaratmaq və uşağın nələri bəyənə biləcəyini təxmin etməyiniz onun özünü dəyərli hiss etməsinə səbəb olacaqdır. Uşaqla oyun oynayaraq zaman keçirtmək və birlikdə müxtəlif məşğələlər təşkil etmək ata-övlad arasındakı bağlılığı artırmaq üçün ən yaxşı seçimdir. Bu vaxt aradakı yaş fərqinə yox, keçirilən zamanın keyfiyyəti və səmərəli olmasına diqqət yetirilməlidir.
SEVGİ İLƏ YANAŞI HÖRMƏT SƏDDİ QOYUN.
"Övladımla necə münasibət qurmalıyam?” deyən valideynlərin ən çox diqqət etməli olduğu məqam sevgi ilə yanaşı hörmət sərhədinin çəkilməsidir. Çünki övladlarına aşırı sevgi göstərən atalar zamanla öz gücünü uşağa ötürür. Bu isə idarəçiliyin uşaqda olduğu bir mühitin ortaya çıxmasına səbəb olur . Doğru olan uşağa sevildiyini hiss etdirməklə birgə, ona sərhədləri göstərib qaydalar qoymaqdır. Uşaq qarşısındakının atası olduğunu heç vaxt unutmamalıdır.
ŞƏXSİ NÜMUNƏ OLUN.
Psixoloqlar qeyd edir ki, uşaqlar ata və ananın güzgüsü olduğundan valideynlər övladlarının etməsini istəmədikləri hərəkəti öncə özləri etməməlidir. Övladının çalışqan və uğurlu bir şəxs olmasını istəyən valideyn özü övladına çalışmağı ilə örnək olmalıdır. Övladının təqdirəlayiq hərəkətlərindən məmnunluğunu bildirməlidir.
SƏHV İŞ GÖRƏRSƏ, ACILAMAYIN.
Biz böyüklər kimi uşaqların da səhv hərəkət edə bilmələrini unutmamalıyıq. Xətaları qarşısında sərt bir münasibət görən uşaq daha sonra bir çox mövzuları paylaşmamağa və yalan danışmağa başlayaraq valideynləri ilə münasibətdə problemlər yaşaya bilər. Xüsusi ilə uşağın qorxduğu ata fiquru onun daha çox xəta etməyinə yol açır. Bu səhvlər qarşısında atanın acıqlanmamağı, sakit formada etdiyi xətanın mənfi nəticələrini uşağa izah etmək lazımdır. Uşağa səhv hərəkətlərinin xoşagəlməz nəticəsinin açıqlanması və bunun məsuliyyətini uşağın öz üzərinə götürməsinin valideyn tərəfindən təşkil olunması uşağın inkişafına təkan verir. Uşağa cəza verib onu başqalarının yanında danlamaqdan uzaq durmaq lazımdır.