Xəbərlər / Qəhramanlarımız
15 iyul 2021
1 594


Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

 Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

 

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ad günüdür.

Şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.

X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir” hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda”, "Zəngilanın azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. 

Qeyd edək ki, "Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi” adlandırılıb. oxu.az 
 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub - FOTO

Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub - FOTO

Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb - FOTO

Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb - FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür

Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - VİDEO

Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - VİDEO

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsi davam edir

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.