AzTehsil.com


Xəbərlər / Müəllim
17 aprel 2021
5 287


“Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq edilmişdi



 “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq edilmişdi

 

Məktəb, müəllim nüfuzu haqqında danışanda, nüfuzun qorunması məsələsi həmişə müzakirənin mərkəzində dayanır. Çox zaman bu iradlar təhsilə yad olanlara deyilsə də, bəzən müəllimlər arasında da bir-biri ilə anlaşılmaz mübahisəyə gedənlərə, müəllim adına uyğun olmayan çəkişmələrə yol açanlara da təsadüf olunur.

Bu günlərdə Bakı şəhəri 45 nömrəli orta məktəbin müəllimi olmuş Şərafət Abdullayevanın sosial şəbəkələrdə yayılmış ittihamları və məktəbin direktor müavinin səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə təhsil İdarəsinin münasibətini öyrəndik.

Bildirildi ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olmuş Şərafət Abdullayeva və onun valideyni Qətibə Rüstəmbəyova tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) ünvanlanmış müraciətlərə aidiyyəti üzrə baxılmışdır.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat zamanı Ş.Abdullayevanın adı elektron qeydiyyat sisteminə daxil edilməsinə baxmayaraq, valideynlər həmin müəllimi seçmədiyinə görə müəllimin adına nəzərdə tutulmuş sinif komplektləşməmiş və ona həmin sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır.

Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri, habelə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınaraq, onun tutduğu müəllim ştatının ixtisara düşəcəyi ehtimalı barədə məktəb rəhbərliyi tərəfindən əvvəlcədən Ş.Abdullayevaya məlumat verilmişdir. Bu barədə sonradan məktəbin həmkarlar komitəsinin iclasında da ona xəbərdarlıq edilmiş, eyni zamanda  iş yerinin digər ümumi təhsil müəssisələrindən birinə dəyişdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edə biləcəyi də ona tövsiyə olunmuşdur.

Buna baxmayaraq Ş.Abdullayevanın ailə vəziyyəti nəzərə alınaraq, BŞTİ-nin razılığı ilə məktəb tərəfindən onun tutduğu vəzifə ixtisara salınmamış və o, ibtidai sinifdə yığma dərs saatları ilə təmin olunmuşdur. Bütün bu güzəştlərə rəğmən, Ş.Abdullayeva heç bir əsas göstərmədən 2020-2021-ci tədris ili başlayandan dərsə gəlməmişdir. Vəziyyətə aydınlıq gətirmək məqsədilə müəllimlə əlaqə saxlanılmış, Ş.Abdullayeva işə gəlməyəcəyini və bir daha narahat edilməməsini tələb etmişdir. Müəllim məktəb rəhbərliyinin işə çıxma ilə bağlı müraciətlərini də cavabsız qoymuşdur.

Ş.Abdullayeva əmək qanunvericiliyinin tələblərinə əsasən, üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı barəsində müvafiq tədbirlərin görüləcəyilə bağlı xəbərdar edilmişdir. Lakin o, qeyd olunanlardan heç bir nəticə çıxarmamışdır.

Bundan sonra müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, onunla  bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir.

Qeyd edilən məlumat və faktlardan da aydın olduğu kimi, Ş. Abdullayevanın səsləndirdiyi fikirlər və ittihamlar əsassızdır.

Müvafiq qanunvericiliyin tələblərindən irəli gələn nəticələrlə razılaşmayan Ş.Abdullayeva və onun valideyni daha sonra məktəb rəhbərliyi ilə əlavə narazılıq və qarşılıqlı mübahisələr yaratmışlar.

Bununla bağlı Ş.Abdullayevanın anası Q.Rüstəmbəyova Bakı şəhəri 45 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazilə Əliyeva barəsində BŞTİ-yə şikayət ərizəsi yazmışdır. Ərizə əsasında araşdırna aparılmış, nəticədə 45 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.Əliyevaya "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Bu barədə Q.Rüstəmbəyovaya 31.03.2021-ci il tarixli məktubla məlumat verilmişdir.

Eyni zamanda məsələ ilə bağlı Bakı şəhəri 45 nömrəli tam orta məktəbin rəhbərliyinə pedaqoji kollektiv arasında sağlam mühitin yaradılması və qorunub saxlanılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.  azedu.az 



Загрузка...
Həmçinin oxuyun:
BŞTİ müəllimin ittihamlarına aydınlıq gətirib

BŞTİ müəllimin ittihamlarına aydınlıq gətirib

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Müəllim işdən kənarlaşdırıldı

Müəllim işdən kənarlaşdırıldı

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Bakıda karantini pozan məkteb direktoruna xəbərdarlıq edildi

Bakıda karantini pozan məkteb direktoruna xəbərdarlıq edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru işdən qovuldu

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Təhsil naziri press brifinq keçirib

Təhsil naziri press brifinq keçirib

Bakı şəhər Prokurorluğu və Təhsil İdarəsi 8-ci sinif şagirdinin intiharı ilə bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu və Təhsil İdarəsi 8-ci sinif şagirdinin intiharı ilə bağlı məlumat yaydı

Bakıda işdən çıxarılan məktəb direktorları – SİYAHI

Bakıda işdən çıxarılan məktəb direktorları – SİYAHI

Təltif olunan müəllimlərlə görüş keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Bakı Məktəb-Lisey Kompleksinə yeni direktor təyin edilib

Bakı Məktəb-Lisey Kompleksinə yeni direktor təyin edilib

Direktor müavinlərinin seçim imtahanı başladı

Direktor müavinlərinin seçim imtahanı başladı

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

İki məktəb direktoru Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər

İki məktəb direktoru Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər