AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
21 mart 2021
3 880


Təhsil sağlamlıq bahasına olmamalıdır



Təhsil sağlamlıq bahasına olmamalıdır

 

"Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb". Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, növbəti ildən başlayaraq II, III siniflərdə, ibtidai siniflərdə dərslikləri bu modelə keçirmək nəzərdə tutulur:
"Bu da çantaların ağırlığına çox təsir edəcək. Valideynlərdən, xüsusilə analardan xahişim budur ki, çantaları bəzən lazımsız əşyalarla doldurmasınlar. Dərslərin ağırlığı və çətinliyi də vacib məsələdir. Çətinlik, ağırlıq deyəndə ağlıma gələn uyğunluq məsələsidir. Çünki məzmun mütləq qaydada gələcəyə uyğun olmalıdır. Bu gün məktəbə gedən uşaq bilməlidir ki, biz onu nəyə hazırlayırıq".

Təhsil sağlamlıq hesabına olmamalıdır

Pediatr Vaqif Qarayev də hesab edir ki, təhsil sağlamlıq bahasına olmamalıdır:

- Skolioz, kifoz (qısaca desək, onurğada, beldə əyrilik – red.) kimi xəstəliklər uşaqların sağlam gələcəyini təhdid edir. Bu barədə dəfələrlə danışılıb, amma hələ də əsaslı bir nəticə yoxdur. Bu, çox ciddi bir problemdir və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi onunla ciddi şəkildə məşğul olmalıdır. Skoliozu yaradan səbəblər çoxdur. Məktəb çantaları onlardan biridir.

Əvvəla, ondan başlayaq ki, uşaqlar ana südü ilə qidalanmalıdır. Uşaq ana südü ilə qidalanmadıqda tədricən sümüklərdə əyilmə prosesi başlayır, yaş yarımlığında raxitlik əlamətləri özünü göstərir. Bunun qarşısını almaq üçün uşaqlar ana südü ilə maksimum bəslənməlidir.

İkincisi, hər yaşda uşaq ortoped müayinəsindən keçməlidi. Amma bizim valideynlər uşağı məktəbə yazdıranda həkimə aparır - məktəbin  tibbi arayış tələbi ilə. Demirəm, bütün valideynlər səhlənkardır, amma belələri çoxdur. Valideyn gərək hər yaşda uşağa diqqətlə yanaşsın. Körpə düzgün yeriyirmi, addımlarını düzgün atırmı, oturuşu, duruşu necədir? Valideyn özü başa düşmürsə, mütləq həkimə müraciət etməlidir. Bağça yaşına çatdıqda uşağa düzgün oturuş vərdişi aşılanmalıdır. Bilirsiz, bizdə günahı, məsuliyyəti bir-birinin üzərinə atmaq cəhdləri var.

Valideyn bağçanı, məktəbi, müəllimləri günahlandırır, onlar da valideyni. Bağçaya, məktəbə qədər valideyn uşağın onurğa sütununun düzgün olmasına əmin olmalıdır. Necə ola bilər ki, bir ana övladına düzgün əyləşmək vərdişi öyrədə bilmir, amma müəllimdən 30 şagirdi düzgün əyləşdirməyi tələb edir?! Uşaq məktəbə gedəndə bütün qüsurları üzə çıxır. Halbuki, məktəbə getməzdən öncə bütün zəruri müayinələr aparılmalıdır.

Skoliozun əsas səbəbləri – uşağın erkən yaşlarda müayinə olunmaması, oturaq həyat tərzi, mobil telefon oyunları, planşetdən əl çəkməmək, televizor, kompüter qarşısında saatlarla əyləşmək, havasızlıq! Və əlbəttə ki, ağır çantalardı. Valideyn uşağın gündəlik menyüsünə diqqət etməlidir. Niyə son zamanlar kalsium çatışmazlığı artıb? Ya uşaqlara lazımi qidalar verilmir, ya da qidalar keyfiyyətsizdir. Heç bir halda özbaşına müalicə tətbiq edib uşağa balıq yağı, vitaminlər verilməməlidir. Ancaq həkim məsləhəti olmalıdır.

Çantanı ağırlaşdıran dərs yüküdür

V.Qarayev bildirdi ki, məktəbli çantası problemi həllini mütləq tapmalıdır:

- Məktəbli çantasının çəkisi, uşağın çəkisini ortalama 10 faizi qədər olmalıdır. Yəni 6 yaşlı uşağın çəkisi 20-22 kiloqramdırsa, çantası 2-2,2 kiloqramdan artıq olmamalıdır. Hətta ABŞ-da bundan az çəki tələb edilir. Başa düşə bilmirəm ki, dərs yükü niyə ağırdır? Dərsliklər şagirdlərə paylanır, uşaq məktəbə gedən kimi əlavə dərs vəsaitləri yüklənir. Təhsil Nazirliyi deyir, vacib deyil, almayın. Amma məktəbdə əlavə vəsaitlər "işə düşür”. Müəllim əlavə vəsaitdən tapşırıq verir. Bu məsələni birdəfəlik həll etmək lazımdır.

Əgər bu gün sağlamlığı bahasına kimsə dərslərini əla oxuyacaqsa, amma sabah şikəst, ya da xəstə olacaqsa, bunun cəmiyyətə, Vətənə nə xeyri olacaq? Məktəb çantası çiyinləri hər iki tərəfədn bərabər tutmalıdır və çanağın üzərinə düşməlidir. Çiyinlər sağa, sola əyilməməlidir. Şagirdin əlləri, dirsəkdən aşağı hissə partanın üzərində olmalıdır. Uşağın gözü ilə parta arasındakı məsafə 30-35 sm olmalıdır. Əks halda, qamət pozğunluğu da qaçılmaz olacaq, görmə qabiliyyətinin zəifləməsi də. Təhsil Nazirliyi bu məsələləri Səhiyyə Nazirliyi ilə birgə tənzimləməlidir. Dərs yükü azaldılmalıdır. Elektron dərsliklər təcrübəsi var. Düzdür, mən bunun əleyhinəyəm, amma müsbət təcrübələrdən istifadə etmək olar.

Ən gözəl təhsil modeli Finlandiyadadır. Orada uşaqlar evdə dərs çalışmır. Nə öyrənirlər, məktəbdə öyrənirlər. Bilmirəm, niyə bizdə bu problemlər həll edilmir? Uşaqları bu qədər yükləmək nəyə lazımdır? Nədi, hamı Eynşteyn olacaq?! Uşaq xəstədir, valideynə deyirsən, bir neçə gün dərsə buraxmayın, ana qorxa-qorxa deyir ki, sabah summativdir, gərək mütləq getsin. Daha nə deyəsən? Summativlər də bir bəla olub. Finlandiyada şagirdlər ümumiyyətlə yoxlama yazmır. Orda tamam fərqli, çox da gözəl bir sistemdir. Biz niyə belə sistem tətbiq edə bilmirik?!

"7-ci sinifdə oxuyan oğlumun çantası 7 kiloqramdır”

Sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında məktəbli çantasının ağırlığından gileyləndi:

- Nazirlik dərslikləri yarımilə böləcək, çox yaxşı. Dərsliklərin çəkisi azalacaq. Ancaq bununla məsələ bitmir. Valideynlər məktəbli çantalarını "kefindən” doldurmur. Hansı valideyn istəyər ki, uşaq çanta altında əzilsin?! Məktəbli çantasını ağırlaşdıran səbəblər çoxdur; dərsliklərdən savayı əlavə dərs vəsaitləri, test kitabçaları, məktəb ləvazimatları. Yemək qabı, su qabı. Məktəb ləvazimatları yüngül materiallardan istehsal edilməlidir ki, çəkisi mümkün qədər yüngül olsun. Bu məsələ xüsusi diqqət tələb edir. Müəllimlərə də tapşırılmalıdır ki, dərslikdən kənar vəsaitlərdən tapşırıq verilməsin. Hər müəllim bir test tapşırır. Bu da çantada çəkini artırır.

Deyə bilərsiniz ki, yemək qabı, su qabı nəyə lazımdır? Axı mən ana olaraq övladımın məktəbdə təmiz su içə biləcəyindən, keyfiyyətli nahar edə biləcəyindən əmin deyiləm. Mən övladıma su filtrindən keçmiş, süzülmüş su verirəm. Yeməyi də özüm evdə hazırlayıram. Niyə övladım məktəbdə yanmış yağda bişirilmiş "perajki” yeməlidir?! Başqa problem idman forması, idman ayaqqabılarıdır. Şagirdlər bunları özləriylə məktəbə aparıb-gətirir.

İdman formalarını sinifdə saxlamaq üçün şərait yoxdur. Bütün bunlar əlbəttə, məktəbli çantasını ağırlaşdırır. Oğlum 7-ci sinifdə oxuyur, çantası 7 kiloqramdır.  Bu problem bir dərslik məsələsi ilə çözülməyəcək.



Загрузка...
Həmçinin oxuyun:
Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Professor İsmayıl Osmanovdan - Sağlam uşaq böyütməyin 7 qızıl qanunu

Professor İsmayıl Osmanovdan - Sağlam uşaq böyütməyin 7 qızıl qanunu

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Dərslər başlamadan bunları edin

Dərslər başlamadan bunları edin

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Övladımızı kompüter əsarətindən necə qoruyaq?