Xəbərlər
19 mart 2021
6 413


Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ

Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ

 

İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən  verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir.

Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.
Məqalə Göndər








Загрузка...