Xəbərlər
23 mart 2017

"İndi biz özümüzü hündür divarla yox, elmlə, təhsillə qoruya bilərik., təhsilin vəziyyəti də məlum"

"İndi biz özümüzü hündür divarla yox, elmlə, təhsillə qoruya bilərik., təhsilin vəziyyəti də məlum"

 

1. Təhsil və təhlükəsizlik. Torpaqlarımız 1905-ci ildən 2015- ci ilə kimi 114 kv.km.-dən, 86,6 min kv. km-ə qədər azalıb, amma heç vecimizə də deyil. Sanki, millət özünü qorumaq instinktini unudub. "Nə birincidir", "nə ikincidir" suallarına cavab tapmır. Görürsünüzmü, İçərişəhərin divarları 20 -30 m hündürlüyündədir. Babablarımız özünü qormağı bacarıblar. İndi biz özümüzü nə ilə qoruya bilərik? İndi biz özümüzü hündür divarla yox, elmlə, təhsillə qoruya bilərik. Təhsilin vəziyyəti də məlum. Qüds şəhəri xristianların əlində olduğu zaman Səlahəddin Əyyubi deyib: Qüds azad edilməyənə kimi gülmək mənə haram olsun. Bəzən yazırlar ki, S. Əyyubi bizlərdəndir. Bəs onda niyə bu qədər çalıb oynayırıq?
 
2. Kadr potensialı. İtaliyalı alim professor Karl Çippola insanları fəaliyyətinə görə 4 qrupa bölür: saflar, ziyalılar, haydutlar (quldurlar) və aptallar. Professor məsləhət görür ki, haydutlar və aptalları vəzifəyə gətirməyin, əks halda vəziyyətiniz pis olar. 
 
Neft pullarından necə istifadə edək? Pulları banklarda saxlamaq, yoxsa o pullar hesabına talantlı gəncliyə xarici unversitetlərdə təhsil verib, ölkəya qaytaraq. Burda insan kapitalına üstünlük vermək lazımdır. İnsan kapitalının fiziki kapitaldan üstünlüyü çoxdur. "Qara qızılı intellektual kapitala çevirmək" ideyası Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Misal üçün: bir dövlət qurumunda (misal üçün: kömrük komitəsini) olan haydutları və aptalları onlarla əvəzləmək lazımdır. İnanıram ki, onda o qurum saat mexanizmi kimi dəqiq işlər. İnsanın bilik və bacarığı insan kapitalıdır. İnsan kapitalı insanın gəlir gətirmək bacarığıdır. İnsan kapitalının fiziki kapitaldan fərqi var. İnsan kapitalı onun daşıyıcısından ayrıla bilmir. 
 
TDEx mühazirəsində rus jurnalisti Avstraliyalı milyarder Danieldən soruşur: mənim 10000 dollar pulum var.Hara yatırım ki, daha çox gəlir götürüm? Milyarder: özünə. Biliyinə yatırt.- cavabı verir.
 
İnsan kapitalı deyəndə təhsilə yatrım nəzərdə tutulur. Təhsil dinamik inkişaf üçün həlledicidir. Bilik və bacarıq kapital kimi dəyərlidir. Prof. Ədalət Muradov TEDx mühazirəsində söylədi ki: 
 
Təhsil böyük gəlir gətirən sahədir (ABŞ Universitetlərinin büdcəsi 3-5 mlyard dollardır.)
Təhsil -innovative iqtisadiyyatı inkişaf etdirən sahədir.
Təhsil- ən çox yeni iş yerləri açan sahədir.
Təhsil sektoruna yatırılan 1 dollar, milli gəlirı 10 dollar artırır.
 
 
Professor Şahlar Əsgərov


Загрузка...
loading...