AzTehsil.com


Xəbərlər
16 yanvar 2021
1 171


AzMİU tələbələri “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” müsabiqəsinin qalibləri sırasında



AzMİU tələbələri “Yurdumuza qayıdaq, yurdumuzu quraq!” müsabiqəsinin qalibləri sırasında

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan  azad etdiyi ərazilərdə yerləşən kəndlərin və qəsəbələrin yenidən qurulması layihələrinin hazırlanması məqsədilə Azərbaycan Memarlar İttifaqının elan etdiyi "Yurdumuza qayıdaq, yurdumuzu quraq!” yaradıcılıq müsabiqəsinin nəticələri müəyyən olunub.

Müsabiqəyə təqdim olunan 300-dən çox layihədən xüsusi komissiya tərəfindən 60 iş seçilərək Münsiflər heyətinin müzakirəsinə verilib. Münsiflər heyəti - Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri,  Əməkdar memar, professor Elbay Qasımzadə (sədr), Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin üzvü, Əməkdar memar, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının dosenti, memarlıq doktoru, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru Şəhla Qəhrəmanova və AMEA-nın Memarlıq və incəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli seçilən işləri təhlil edib onların içindən 10 layihəni fərqləndirib.

Fərqlənən layihələr içində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin Şəhərsalma ixtisası üzrə təhsil alan tələbələrinin layihələri də yer alıb. 

Fərqlənən layihələr arasından 4 layihə qalib olaraq müəyyən edilib:

 

     1-ci yer – Ağayev Toğrul "Tərtər rayonunun Talış kəndinin bərpa layihəsi”nə görə - I dərəcəli diplom;   
     2-ci yer – Muradov Rüstəm "Tərtər rayonunun Umudlu qəsəbəsinin şəhərsalma layihəsi”nə görə - II dərəcəli diplom;
     3-cü yer – Əzizova Məryəm "Tərtər rayonunun Suqovuşan qəsəbəsinin bərpa layihəsi”nə görə - III dərəcəli diplom;
     3-cü yer – Ağayeva Təhminə "Xocavənd rayonunun Tuğ kəndinin layihəsi”nə görə - III dərəcəli diplom.
    
Bundan əlavə 6 layihə fərqlənmə diplomuna layiq görülub.

Bu barədə AzMİU-dan bildirilib.  



Загрузка...
Həmçinin oxuyun:
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

Tələbə və müəllimlər üçün dəyərli vəsait

Tələbə və müəllimlər üçün dəyərli vəsait

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

AzMİU-da qabiliyyət imtahanı başladı

AzMİU-da qabiliyyət imtahanı başladı

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya”

“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya”

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-nun müəllimi ilk virtual hackathonun qalibi olub

AzMİU-nun müəllimi ilk virtual hackathonun qalibi olub

BMU müəllimi dünya tarixində ilkə imza atıb

BMU müəllimi dünya tarixində ilkə imza atıb

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

AzMİU-da 24 magistrantın təqdimatı dinlənilib

AzMİU-da 24 magistrantın təqdimatı dinlənilib

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

İki şagirdin layihəsi beynəlxalq müsabiqədə diploma layiq görülüb

İki şagirdin layihəsi beynəlxalq müsabiqədə diploma layiq görülüb

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin tələbələr üçün müsabiqəsi

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin tələbələr üçün müsabiqəsi