Xəbərlər / Qəhramanlarımız
15 dekabr 2020
2 835


“Qırx mərasimi”nə 4 gün qalmış əsirlikdən qayıtdı - Hamının şəhid bildiyi zabit

“Qırx mərasimi”nə 4 gün qalmış əsirlikdən qayıtdı - Hamının şəhid bildiyi zabit

 

"Çox sevinirəm. Sevincdən danışa bilmirəm. Qoy oğlum gəlsin evimə, bəlkə onda dilim söz tutar”.

Şəhid olduğu hesab edilən, "qırx mərasimi”nə 4 gün qalmış əsirlikdə olduğu və azad edildiyi xəbəri gələn zabit Vəliəhəd Vəliyevin atası Şakir kişi deyir bu sözləri. Bəli, sevincdən iki kəlmə danışa bilmədi bizimlə.

"Bu gün telefonum heç susmayıb” deyir Şakir dayı. Onu tanıyan-tanımayan  onlarla insan zəng edir, sevincini bölüşür: "Hamı zəng edib təbrik edir. Çox sağ olun. Hamınız var olun. Vallah bala, sevincdən danışa bilmirəm. Əsl möcüzədir. Allaha çox şükür. Allah prezidentimizin canını sağ etsin”.

Evin tək oğludur Vəliəhəd. Lənkəran rayonunun Bala Şürük kəndində böyüyüb başa çatıb. Sərhəd qoşunlarının zabiti olan Vəliəhəd kənddə sakitliyi, tərbiyəsi ilə sayılıb-seçilən cavanlardandır.  Kənd bələdiyyəsinin sədri Tamerlan Rzayev deyir ki, bu xəbərə bütün kənd sevinir: "İnanın ki, bu gün səhər Şakir kişinin qapısına iynə atsan, yerə düşməzdi. O qədər adam var idi ki. Hamı şad xəbərə toplaşmışdı. İndi siz Vəliəhədin kəndə gəldiyi günü təsəvvür edin”.

22 yaşlı Vəliəhədin şəhid olduğu xəbəri ailəsinə oktyabrda verilib: "Oktyabrın 30-u kənd qəbiristanlığında dəfn etdik. Ailəsinin halını təsəvvür belə etmək olmurdu. 40 günün tamam olmasına 4 gün qalmış dedilər ki, Vəliəhəd əsirlikdədir. Bu xəbər gələndən evlərində şadlıqdır. Dünən də əsirlikdən azad olanların siyahısı açıqlandı. Biz bu gün bildik ki, Vəliəhəd də onların arasındadır”.

Tamerlan bəy deyir ki, məlum olanda ki, dəfn olunan şəhid Vəliəhəd deyil, qəbir açılıb və cənazə Bakıya göndərilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI

ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO

Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST - Hər kəsi kövrəldən addım

Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST - Hər kəsi kövrəldən addım

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

Salyanda şəhid dəfn olunub - FOTO

Salyanda şəhid dəfn olunub - FOTO

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ