AzTehsil.com


Xəbərlər / Müəllim
02 dekabr 2020
1 279


“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Haşım bəy Vəzirov



“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Haşım bəy Vəzirov

 

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən   bildirilib ki, layihənin növbəti tarixi siması pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirovdur. O, 1868-ci ildə Şuşa şəhərində anadan olub.

Haşım bəy Vəzirov İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb. Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük kəndlərində, Cavanşir qəzasının Bərdə bölgəsində pedaqoji fəaliyyətlə məşğul olub. Bir müddət isə Şuşada yerləşən müsəlman-rus məktəbinin müdiri işləyib. Şuşa realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

Pedaqoji fəaliyyət Haşım bəy Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. Bütün varlığıyla millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb. O, əlinin əməyi, zəhməti hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanı millətinin sərvəti hesab edib.

Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.



Загрузка...
Həmçinin oxuyun:
“Qarabağın məşhur müəllimləri” – Ənvər Rza

“Qarabağın məşhur müəllimləri” – Ənvər Rza

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov

"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov

“Qarabağın məşhur müəllimləri” – Xan Şuşinski

“Qarabağın məşhur müəllimləri” – Xan Şuşinski

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov

"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov

“Qarabağın məşhur müəllimləri” – Famil Mehdi

“Qarabağın məşhur müəllimləri” – Famil Mehdi

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

“Şuşa dərsi” keçirilib

“Şuşa dərsi” keçirilib

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Laçınsız 27 il

Laçınsız 27 il

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

Şuşanın işğalından 28 il ötür

Şuşanın işğalından 28 il ötür

Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?