AzTehsil.com


Xəbərlər / Səhiyyə
30 noyabr 2020
1 956


Rəşad Mahmudovdan koronavirusdan sağalmağın SADƏ YOLLARI - Bal, çay və mürəbbələrlə...



Rəşad Mahmudovdan koronavirusdan sağalmağın SADƏ YOLLARI - Bal, çay və mürəbbələrlə...

 

"Bugünə kimi COVID-19 virusu haqqında sayını bilmədiyim qədər müsahibələr verdim, TV verilişlərdə çıxış etdim və dünyada olan təcrübələri həm öyrəndim, həm də ictimaiyyətlə paylaşdım.

Bu gün isə virusa yoluxmuş və sağalmış fərd kimi təcrübəmi, o cümlədən mövcud olan təhlükəni və müalicə metodunu paylaşmaq istəyirəm”.

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ünvanladığı video müraciətdə deyib. Ona ünvanlanan çox sayda suallara cavab verən həkim qeyd edib ki, ölkə səhiyyələrinin qarşılaşdığı ən böyük problemlərdən biri zaman içərisində çarpayı və bu mübarizədə istifadə olunan insan resurslarının tükənməsi təhlükəsidir:

"Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim. Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, virutik şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, "Deksametazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır”.

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.Publika.az



Загрузка...
Həmçinin oxuyun:
Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Restoran, kafe, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - Azərbaycanlı həkim

Restoran, kafe, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - Azərbaycanlı həkim

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: İkinci dalğa...

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: İkinci dalğa...

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

Azərbaycanlı həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Azərbaycanlı həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Baş ağrısı və stressi 30 saniyədə keçirmənin yolu

Baş ağrısı və stressi 30 saniyədə keçirmənin yolu