Xəbərlər
17 sentyabr 2020
920

BSU-ya əcnəbi tələbələrin qəbulu davam edir

2020-2021-ci tədris ilində Bakı Slavyan Universitetinin  (BSU)  bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulunun 30 sentyabr tarixində yekunlaşdırılması nəzərdə tutulub.

Universitetdən bildirilib ki, Hazırlıq şöbəsinə isə əcnəbi tələbələrin qəbulu 15 oktyabr tarixinə kimi aparılacaq.

Məlumat üçün bildirək ki, əcnəbi tələbələrin qəbul prosesi 2 mərhələdən ibarətdir: sənəd qəbulu və müsahibənin keçirilməsi. Birinci mərhələdə əcnəbi vətəndaşlar BSU-nun rektorunun adına ərizə yazaraq tələb olunan sənədləri təqdim etməlidirlər. Həmin sənədlər Qəbul Komissiyasının üzvləri tərəfindən yoxlanılır.

İkinci mərhələdə müraciət edən əcnəbi vətəndaşlar rektorun sədrliyi və Qəbul Komissiyası üzvlərinin iştirakı ilə əyani müsahibədən keçməlidir. Müsahibə namizədin seçdiyi ixtisasa uyğun bilik səviyyəsini müəyyən etmək məqsədilə aparılır.

Bu günə olan məlumata əsasən, BSU-ya  müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın 11 ölkəsindən  40-dan çox əcnəbi vətəndaş müraciət edib.

Qeyd edək ki, əcnəbi vətəndaşların BSU-ya qəbulu və təhsili ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytında Azərbaycan, rus, ingilis və türk dillərində yerləşdirilib.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı ARTIB -AÇIQLAMA

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Türkiyədə təhsil alan əcnəbi tələbələrin çoxu azərbaycanlıdır - SİYAHI

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələrə pulsuz “ADAU məhsulları”

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

Əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Moskva Dövlət Universiteti yeni tədris ilinə onlayn başlayacaq

BSU jurnalistika ixtisasına qeydiyyat davam edir...Yerlər dolur/FOTOLAR

Azərbaycanın kolleclərində 36 əcnəbi təhsil alır

Ölkəmizdə fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi təhsil alır

Yanğında 3 əcnəbi tələbə ölüb

Yanğında 3 əcnəbi tələbə ölüb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Əcnəbi tələbələrdən yardım aksiyası

Əcnəbi tələbələrdən yardım aksiyası

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası -Əcnəbi şagirdlər paytaxt məktəblərində...

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

BSU rektoru beynəlxalq mükafata layiq görülüb