Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Universitetdə təhsil alan 400-ə yaxın xarici tələbənin "Microsoft Teams” platforması üzərindən tədris prosesində iştirakı təmin olunub.
BDU-dan bildirilib ki, ali məktəbdə təhsil alan əcnəbi tələbələr, eyni zamanda ölkədə həyata keçirilən xeyriyyə tədbirlərinə dəstək məqsədilə yardım kampaniyalarında da yaxından iştirak edirlər. Belə tələbələrdən biri də beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi, Pakistan vətəndaşı Athar Mahmutdur. A.Mahmutun təşəbbüsü ilə yardım aksiyası keçirilib və bu aksiya çərçivəsində Bakının Əhmədli, eləcə də Ramanı qəsəbələri ərazilərində ehtiyacı olan ailələrə baş çəkilib, ərzaq yardımı paylanılıb.
muallim.edu.az