AzTehsil.com


Xəbərlər / Saglam həyat
27 avqust 2020
3 100


Tez-tez acmaq və yorulmaq hansı səhvinizin nəticəsidir?



 

"Qanda şəkərin gün ərzində yüksək miqdarı hüceyrələrə qlükozanın daxil olmasını əngəlləyir. Nəticədə orqanizm yetəri qədər enerji almır və yenidən qida tələb edir”.

Bu sözləri dietoloq Nərgiz Nəzirova deyib. Şəkər asılılığının əlamətlərini sadalayan mütəxəssis xroniki yorğunluğun da bununla bağlı ola biləcəyini qeyd edib:

"Qanda şəkərin yüksək miqdarı nəticəsində orqanizm qlükozanı düzgün mənimsəyə bilmir. Enerji çatmır və qeyri-düzgün sərf olunur, hüceyrələr yetəri qədər qidalanmır. Bu da xroniki yorğunluğun meydana gəlməsinə yol açır.

Düzgün iş üçün beyinə yetəri qədər şəkərin ehtiyac duyduğunu bilirik, amma onun artıq miqdarı beyinə yetəri qədər qida getməsini əngəlləyir. Nəticədə diqqət və düşüncə qabiliyyəti azalır, konsentrasiya problemləri yaranır.

Qanda şəkərin səviyyəsinin yuxarı olması xrom mineralının mənimsənilməsinə mane olur, o isə əhval-ruhiyyəni təmin edir. Xromsuz insulin də düzgün işləyə bilmir, nəticədə hər şeydən qıcıqlanma, əhval-ruhiyyənin aşağı olması kimi əlamətlər özünü göstərməyə başlayır.

Xüsusən də sidikçıxarıcı yolların tez-tez infeksiyaya tutulması da şəkər asılılığının əlamətləri arasındadır. Bu problemə kişilərdə də, qadınlarda da rast gəlinə bilər. Qanda şəkərin yüksək miqdarı maya göbələkləri və bakteriyalar üçün yaxşı şərait yaradır.

Əgər özünüzdə bu problemləri hiss edirsinizsə, istifadə etdiyiniz qazlı içkilərin, şirniyyatın miqdarını azaldın”.Publika.az



Загрузка...