AzTehsil.com


Xəbərlər / Direktor
26 avqust 2020
1 736


Keçmiş direktorun cinayət işi məhkəməyə göndərilib



Keçmiş direktorun cinayət işi məhkəməyə göndərilib

 

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Gədəbəy rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, həmin tədbirlərdən biri kimi, Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla Sahib Babayevin 2017-2019-cu illər ərzində direktor işlədiyi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirərək onların əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, Sahib Babayevin 17 iyul 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsılıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq istintaq olunmuşdur.

Toplanmış sübutlara əsasən Sahib Babayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilmişdir.

 



Загрузка...
Həmçinin oxuyun:
Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Eks-məktəb direktoruna cinayət işi açıldı

Eks-məktəb direktoruna cinayət işi açıldı

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədib - RƏSMİ

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədib - RƏSMİ

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI

Tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”

Məktəb direktoruna cinayət işi AÇILDI

Məktəb direktoruna cinayət işi AÇILDI

Elina Hacıyevanın qəbri təhqir edilib

Elina Hacıyevanın qəbri təhqir edilib

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Yevlaxda qəzaya düşən şagirdlərlə bağlı xəbər var - RƏSMİ

Yevlaxda qəzaya düşən şagirdlərlə bağlı xəbər var - RƏSMİ

Apelyasiya şikayəti verildi

Apelyasiya şikayəti verildi

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başlayır

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başlayır

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə