Tədris mərkəzi rəhbərinin cinayət işi məhkəməyə göndərilib
Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar nəticəsində sahibkarlıq subyektləri üçün yaranmış əlverişli mühitdən öz şəxsi maraqları naminə istifadə etməklə, dövlətin mənafeyinə ziyan vuran, vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin qanunsuz əməllərinin aşkar edilməsi istiqamətində prokurorluq orqanlarının kompleks və məqsədyönlü tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report”a verilən məlumata görə, bu çərçivədə olan tədbirlərin davamı kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cəlal Məhərrəmovun vətəndaşların əmək hüquqlarını kobud şəkildə pozan qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətə baxılıb.
Araşdırmalarla Cəlal Məhərrəmovun 2018- 2020-ci illər ərzində fəaliyyətini təşkil etdiyi "Jalal-İ” tədris mərkəzinin baş ofis və filialların inzibati binalarında ona müxtəlif ixtisas sahələri və peşə istiqamətləri üzrə kursları şagird, abituriyent və sair şəxslərə tədris etmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən 34 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin tədris kurslarında faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə, həmin şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış material əsasında aprelin 21-də Baş İdarədə Cinayət Məcəlləsinin 162-1.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanaraq Cəlal Məhərrəmova həmin maddələrlə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq iyulun 30-da tamamlanmış və ittiham aktı təsdiq edilməklə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.
Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi
Məktəb direktoruna cinayət işi AÇILDI
Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı
Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı
İmtahana girmək istəyənlərə cinayət işi açılıb
Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ
Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Tədris mərkəzi cərimə edilib
Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub
Müəllimlərin əməkhaqqını mənimsəyən məktəb direktoruna cinayət işi AÇILDI
Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb
Eks-məktəb direktoruna cinayət işi açıldı
İmtahan vermək istəyənlər ifşa olundu
Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları
Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"
Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə
Nadir İsrafilov: “Cinayət varsa, cəza da olmalıdır!”
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri
Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi
Narkotik satan musiqi müəllimi həbs edildi
Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır
Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq
İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti