Xəbərlər / Abituriyent
17 avqust 2020
1 693


Avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə

Avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə

 

II, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə ərizə verən xarici dil və ya bölməsini dəyişənlər üçün avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM)   bildirilib ki, avqustun 21-də II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər. "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyent tərəfindən imzalanır.

Xatırladaq ki, avqustun 20-də və 21-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları verənlər üçün "İmtahana buraxılış vərəqəsi” isə avqustun 14-dən etibarən DİM-in saytında yerləşdirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına getməsinə və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

DİM-dən imtahanlarla bağlı AÇIQLAMA

DİM-dən imtahanlarla bağlı AÇIQLAMA

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün ilk qəbul imtahanı keçirilir

Bu gün ilk qəbul imtahanı keçirilir

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!