Xəbərlər
05 avqust 2020
1 249


Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

 

Dövlət İmtahan Mərkəzi avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Mərkəzdən  verilən məlumata görə, namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni, "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahan haqqında məlumat – imtahan keçiriləcək yer, bina, imtahan binasına yaxınlaşma vaxtı, həmçinin imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən "Yaddaş kitabçası”ndan çıxarış əksini tapır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə təqdim edib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

Rezidentura imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün magistraturaya qəbul imtahanıdır - II mərhələ

Bu gün magistraturaya qəbul imtahanıdır - II mərhələ

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya sınaq imtahanı keçiriləcək

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

DİM magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

DİM magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

Bu gün   test imtahanı keçiriləcək

Bu gün test imtahanı keçiriləcək

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün buraxılış imtahanları keçirilir

Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar

Bu şəxslər qəbul imtahanına buraxılmayacaqlar

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!