Xəbərlər / Müəllim
08 avqust 2020
5 419


Bakıda karantin rejimi qaydalarını pozaraq, fəaliyyət gəstərən uşaq bağçası aşkarlandı - VİDEO

Bakıda karantin rejimi qaydalarını pozaraq, fəaliyyət gəstərən uşaq bağçası aşkarlandı - VİDEO

 

Bakının Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulmuş mənzildə karantin qaydalarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq, uşaq bağçası təşkil etdikləri məlum olub.

Qeyd edək ki, ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildə olan azyaşlıları hamam otağında gizlədərək, məsuliyyətdən yayınmağa da çalışıblar. Amma polis əməkdaşlarının ortaya qoyduqları təkzibedilməz sübutlar qarşısında Səfərəli Mikayılov və Yeganə Mikayılova etdikləri qanun pozuntusunu etiraf ediblər. Mənzilə baxış zamanı yeddi azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Uşaq bağçasının sahibləri saxlanılaraq, Polis Bölməsinə aparılıblar. Həmin şəxslərə ciddi xəbərdarlıq edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, övladlarının sağlamlıqlarını risk altında qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.
 
 https://www.youtube.com/watch?v=r4c4MldkGms&feature=emb_logo






Загрузка...