AzTehsil.com


Xəbərlər
21 fevral 2017
3 365


Görmə əngəlli tələbələrin bəzi problemləri həll olunmazsa imtahan müddəti 2 dəfə artırılsa da nəticə olmayacaq!



Görmə əngəlli tələbələrin bəzi problemləri həll olunmazsa imtahan müddəti 2 dəfə artırılsa da nəticə olmayacaq!

 

Bir müddət öncə gözdən əlillərin qəbul imtahanına ayrılan vaxtın uzadılmasını nəzərdə tutan qanun qəbull olundu. Biz də bu dəyişikliyə Braille Texnik MMC-nin direktoru, görmə məhdudiyyətli uşaqlar çün məktəbin riyaziyyat müəllimi Bəybala İbadullayevin münasibətin öyrəndik.
 
"Milli meclisde əlilliyi olan şexslerin qebul ve diger test imtahanlarıyla elaqedar qəbul olunan qanuna görə bildirmek isteyirem ki, bu qanuna edilmiş dəyişikliyin əsas mahiyyeti elilliyi olan şəxslərin praktik imkanları nəzərə alınaraq onlar üçün test imtahanları zamanı əlavə vaxtın verilməsi nəzərdə tutulmuşdur.

Əlilliyi olan şəxslərin imtahan materiallarının incələnməsi və mövcud sənədlərin, yəni imtahan blanklarının doldurulmasına faktiki olaraq fiziki durumlarından aslı olaraq yetərli vaxt əldə edə bilmirdilər. Çox zaman isə yardımçı şəxsin imtahan materiallarını oxucu qismində təqdim etməsi de əlavə vaxt itkisinə səbəb olur. Bunu xarici dildən sinxron tərcüməyə ayrilan vaxtla müqayisə etmək olar. Yəni vaxtın yarısını tərcüməyə ayırırsınızsa, yardımçının da köməyindən, yəni onun sənəd və ya materialları oxumasından aslı olaraq əlilliyi olan şəxslər imtahanlara ayrılan vaxtın yarısını dinləməyə ayırdıqları üçün zaman itkisiylə üzleşirlər.
 
Bu bizim qanunlarda yenilik sayılır. Əslində bu təcrübə sovet dövründə də mövcud olmuşdur və indi də bütün sivil ölkələrdə tətbiq olunur. Mənə görə isə əlilliyi olan uşaq, gənclər və digər şəxslərin orta, orta-ixtisas ve ali təhsil almaları üçün kompleks qanun paketi hazırlanmalı və bu qanundan irəli gələn metodoloji materialları təhsil nazirliyinin təhsil problemləri institutu hazırlamalıdır.
 
Əlilliyi olan şəxslərin ümumiyyətlə təhsilləriylə bağlı aşağıdakılar öz qanuni həllini tapmalıdır.
1. Brayl əlifbası, surdo tərcümə və jestik dil barədə tədrisin və təlimlərin təsnifatı barədə konkretləşdirilmiş Azərbaycan dilinin fonetikası və qramatikasına uygun işarə və simvolların qəbul edilmeəi haqqında qanun
 
2. Əlilliyi olan şəxslərin məktəbəqədər müəsissələrdə sosial reablitasiyası və onların defektoloji hazırlığının istiqamətləri üzrə metodik vəsaitlərin təsdiqi və təlim metodikasına dair sosial işçilərin, psixoloqların, logopedlərin və riablitoloqların hazırlanması.
 
3. Təhsilin bütün pillələri üzrə yazılı dərs vəsaitlərinin, loboratoriyaların uyğunlaşdırılması, elektron dərs və ya məktəb imkanlarına dair müəssərliyin təmin edilməsi, tədris korpuslarının məcburi müəssərliyinə dair qanunun qəbul edilməsi.
 
4. Mövcud kitabxana imkanlarının həm yazılı, həm də elektron materiallarının uyğunlaşdırılması və ya müəssərləşdirilməsinə dair müvafiq icra orqanlarının qərarlar qəbul etmələri və icrasını həyata keçirilməsi.
 
5. Əilliyi olan şəxsləri inklusivv  və ya inteqrasıyalı təhsilə keçmələri barədə konkret qərar və ya qanunların qəbul edilməsi.
 
6 Distant təhsilin hüquqiliyinə dair istiqamətləri də açıqlanmaqla qanunların qəbul edilməsi.
 
7. Əlilliyi olan tələbə və ya digər şəxslərin elektron hökumetə, elektrron dərsliklərə və ya məktəblərə, informasiyalı cəmiyyətə inteqrasiyalarını təmin etmək məqsədiylə adoptasiya texnologiyalarının və android,ios, windouws və digər sistemlerdə işlemek üçün səsli programların və digər elektron brayl programlarının milli versiyalarının işlənilməsinə dair konkret qərarların qəbul edilməsi.
 
8. Təhsilin bütün mərhələləri üçün nəzərdə tutulmuş test materiallarının uyğunlaşdırılmasının məcburiliyinə dair müəssərlik haqqında öhdəliklərin nəzərdə tutulması. Burada nəzəri materiallar bu günün imkanlarına görə səsli mp3 formatında, praktik materiallarınsa brayl çapıyla hazırlanması barədə qanuni öhdəliklər müvafiq icra orqanının üzərinə qoyulmalıdır.
 
Yeri gəlmişkən göstərdiyimiz arqumentlerin hamısı birləşmiş millətlər təşkilatının  13.12.2006 tarixində "əlilliyi olan şəxslərin hüquqlarına dair beynəlxalq konvensiya"da nəzərdə tutulmuşdur. Ölkəmizdə həmin konvensiyaya qoşulub.
 
İndi baxın ki, konvensiyanın qəbulundan 10 il keçib əvvəllər də mövcud olmuş 1 qanunu indi yada salıblar. Halbuki ölkələrin nə qədər sivil olmasının əsas parametri bu ölkəni  sahibləri terefinden insan resurslarının bərabər inkişaf etdirmələri ilə müqayisələndirilir.
Sonda onu deyərdim ki, yuxarıda göstərdiyimiz istiqamətlər üzrə qanun islahatları keçirilməsə imtahan vaxtını 2 dəfə də uzatsalar nəticə ürəkaçan olmayacaq!"
 
aztehsil.com



Загрузка...