AzTehsil.com


Xəbərlər
11 iyul 2020
1 156


Tvinninq layihəsinin yekun konfransı keçirilib



Tvinninq layihəsinin yekun konfransı keçirilib

 

 Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib.


Onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə həyata keçirilən layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.


Konfransı giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycanın ali təhsil sistemində aparılan əsaslı islahatlar və ali təhsilin əlçatanlığı üçün imkanların daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir müavini hazırda ölkəmizin ali təhsil pilləsinin 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış tövsiyələrə, bu sahədə müsbət dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirildiyini bildirib. "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası barədə danışan Firudin Qurbanov "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.


Konfransda çıxış edən Avropa İttifaqının Bakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıqda təhsil sahəsinə xüsusi önəm verildiyini bildirib. Səfir "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib.


Tədbirin moderatoru olan Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iki ildən artıq müddətdə icra edilən layihənin həyata keçirilməsində davamlı dəstəyə görə Təhsil Nazirliyinə, Avropa İttifaqının Bakı Nümayəndəliyinə, Avropalı tərəfdaşlara, pilot universitetlərə, eləcə də müvafiq dövlət və özəl qurumlara təşəkkürünü bildirib.


Sonra Fransa üzrə layihə rəhbəri Bruno Kurval, Litva üzrə layihə rəhbəri Giedrius Viliunas, Latviya üzrə layihə rəhbəri Baiba Ramina, layihənin Rezident Müşaviri Liza Baydanova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək layihə çərçivəsində görülən işlərdən və layihənin ölkənin ali təhsil sahəsində həyata keçirilən islahatlara verdiyi töhfələrdən bəhs ediblər.


Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tvinninq layihəsinin pilot universitetlər üçün faydalarından, görülmüş işlərin real nəticələrindən və müvafiq istiqamətlər üzrə davamlılığın təmin edilməsi üçün atılacaq addımlardan söz açıblar.


Tədbir iştirakçıları layihənin uğurla icra olunmasından məmnunluqlarını ifadə edib və layihə çərçivəsində yaradılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.


Qeyd edək ki, icrasına 2018-ci ilin aprel ayında başlanılan sözügedən layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin davamı olaraq icra olunub. Son iki il ərzində icra edilmiş layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən ibarət olub.


 




Загрузка...
Həmçinin oxuyun:
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropalı ekspertlərin Azərbaycana səfəri

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir