AzTehsil.com


Xəbərlər / Müəllim
10 iyul 2020
5 770


Müəllimlərin işə qəbul müsabiqəsində hansı suala üstünlük veriləcək



Müəllimlərin işə qəbul müsabiqəsində hansı suala üstünlük veriləcək

 

Məlum olduğu kimi bu ildən etibarən müəllimlərin işə qəbul müsabiqəsində 20 sual metodika və pedaqogika və qanunvericilik sahələrinə aid olacaq.

Müəllim namizədləri maraqlandıran əsas məsələ imtahandan  bu sahələrdən hansına üstünlük veriləcəyidir.

 Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktoru Nəzakət Mehdiyeva imtahan suallarının bərabər sayda olmayacağını bildirib:

"Yəni 10 sual metodika, 10 sual isə pedaqogika üzrə bölüşdürülməyəcək. Çünki burda üçüncü məzmun sahəsi-hüquqi savadlılıq var. Müəllim olmaq istəyən şəxs təhsil qanunvericiliyi ilə bağlı sənədləri oxumalıdır. Bura Təhsil Qanunu, Ümumtəhsilin Nizamnaməsi və s sənədlər daxildir. Qiymətləndirmə çərçivəsində bütün bunlar qeyd olunub. 

Sadəcə bu o deməkdir ki, müəllim qanunvericiliklə bağlı məsələlərdən məlumatlı olmalıdır. Sualların sayı 3 olacaq.

Yerdə qalan 17 sual isə 8-9 olaraq təxmini bərabər olaraq bölüşdürülüb və üstünlük metodikaya verilib. Metodika dedikə isə söhbət şagirdlərə işin məzmunu, təşkili, qiymətləndirmə, planlaşdırma, pedaqoji və psixoloji nəzəriyyələrdən gedir .  Bu il hələlik həmin nəzəriyyələrin sayı az göstərilib, amma gələn il həmin siyahının genişlənməsi ehtimal olunur”.

Onun sözlərinə görə, gələcək fəaliyyətlərinin yaxşı təşkili üçün müəllimlərin pedaqoji nəzəriyyələri bilməsi vacibdir.

"Müəllim bilməlidir ki, dünyanın məşhur pedaqoqları hər hansı yaranmış vəziyyətə necə baxırlar. Məsələn, şagird dərsə gecikərkən müəllimin davranışı barədə pedaqogika nə deyir? Yaxud sinifdə şagirdlər arasında münaqişə varsa, onu həll etməyin ən səmərəli yolu nədir? Müəllimlə şagirdin arasında əməkdaşlıq qurula bilmirsə, bunun çıxış yolu nədir? Və s

Yəni bunu dünya pedaqogikasından oxuyub cavab tapmaq lazımdır. Biz demirik ki, müəllim sinifdə nəzəriyyədə necə yazılıbsa, elə tətbiq etməlidir.  Qətiyyən belə deyil.  Sadəcə həmin pedaqoji nəzəriyyələr xeyli dəyişdirilib, təkmilləşdirilib, hər xırdalığına qədər analiz edilib, sınaqdan keçib, yəni  hazırda ən yaxşısı hesab olunur. Biz niyə yenidən o mərhələləri keçək? Pedaqogikada hazır təsdiq olunmuş fikirlər varsa, ondan bəhrələnə bilərik.

Həmçinin bu o demək deyil ki, pedaqogikada vahid fikirlər var. Bu elm sahəsində də bir məsələyə 3-5 münasibət var. Müəllim həmin münasibətləri oxumalıdır, onlardan özünə uyğun olan çıxarmalıdır. Amma təbii ki, ondan soruşulanda ki, Piajenin nəzəriyyəsində hər hansı məsələyə münasibət necədir, onda konkret pedaqoqun fikrin bilməlidir”.

Məlumat üçün bildirək ki, müəllimlərin işə qəbul müsabiqəsinin iyul ayında keçirilməsi nəzərdə tutulur.



Загрузка...
Həmçinin oxuyun:
Nəzakət Mehdiyeva: Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər

Nəzakət Mehdiyeva: Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”

Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişikliklər gözlənilir -RƏSMİ

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

''Müəllimlərin sertifikasiyası məcburi olacaq'' - Nazirlik rəsmisi

''Müəllimlərin sertifikasiyası məcburi olacaq'' - Nazirlik rəsmisi

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

MİQ müsabiqəsi ilə bağlı narazılığın cavabı

MİQ müsabiqəsi ilə bağlı narazılığın cavabı

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

SUAL -  10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

SUAL - 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?

Kurikulum.Çıxılmaz vəziyyət.Çarə nədir ?