AzTehsil.com


Xəbərlər
09 iyul 2020
1 315


Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlarla bağlı virtual elmi seminar



Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlarla bağlı virtual elmi seminar

 

Bakı Dövlət Universitetində (BDU) geologiya fakültəsinin təşkilatçılığı ilə "Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda onlayn elmi seminar keçirilib.

Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova fakültədə aparılan elmi tədqiqatlar və nailiyyətlər, onların mühüm nəticələri barədə məlumat verib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov geologiya fakültəsinin elmi uğurlarından danışaraq, fakültədə aparılan elmi-tədqiqat işlərinə, fakültənin qazandığı nailiyyətlərə diqqət çəkib.

Daha sonra Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin geoloji kəşfiyyat işləri üzrə meneceri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyev "Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Gədəbəy filiz rayonunda son vaxtlar müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə kəşf olunmuş - Qədir, Uğur yataqları barədə, bərk faydalı qazıntı yataqlarının genezisinin, əmələgəlmə və yerləşmə qanunauyğunluqlarının, filizdaşıyan metasomatik dəyişilmələrin araşdırılması, gizli filiz kütlələrinin birbaşa axtarışı və proqnozlaşdırılması ilə bağlı ətraflı məlumat verilib.

Geologiya-mineralogiya elmlər doktoru, professor Vasif Babazadə geologiya ixtisası üzrə təhsil alan tələbə-gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, bu istiqamətdə hazırlanmış yeni cihaz və avadanlıqlarla tanışlıq, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması kimi məsələlərə aydınlıq gətirib.

Elmi seminara qoşulan BDU-nun rektoru Elçin Babayev elm və texnikanın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsipləri sırasındadır. Ölkəmizdə geologiya elminin inkişafından söz açan rektor əlavə edib ki, geologiya fakültəsi geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin,  geoloji proseslərin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərinin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə mühüm töhfələr verib.



Загрузка...
Həmçinin oxuyun:
BDU professorunun əsərləri Dövlət Mükafatına təqdim edilib

BDU professorunun əsərləri Dövlət Mükafatına təqdim edilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda virtual elmi konfrans

BDU-da tədqiqat

BDU-da tədqiqat

Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-nın şöbə müdiri vəfat edib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

BDU-nun müəllimləri onlayn imtahanlardan danışır...

BDU-nun müəllimləri onlayn imtahanlardan danışır...

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb