AzTehsil.com


Xəbərlər / Video
04 iyun 2020
1 546


Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO



Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO

 

"İyunun birində Təhsil Nazirliyinə gələn müraciətçilərlə bağlı və bundan sonra sosial mediada məsələnin təfərrüatları barədə xəbəri olan və ya olmayan insanlar tərəfindən səslənən fikirlərə münasibətimi və əslində nə baş verdiyini qeyd etməyi vacib hesab edirəm. May ayından başlayaraq özünə "Tələbə tələbi” şüarı seçmiş bir neçə tələbə 01 iyun tarixində Təhsil Nazirliyinin qarşısına gələrək yay imtahan sessiyasının və təhsil haqqının tamamilə ləğv edilməsinə dair sosial mediada açıq-aydın çağırışlar etməyə başlayır”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

Elnur Məmmədov daha sonra qeyd edib ki, "bütün tələbələrə çağırış” adı ilə edilən müraciət hər gün fəal paylaşılır, bütün səhifələrə göndərilir: "Müraciətin özəlliyi ondan ibarətdir ki, "gəlin hər şeyi ləğv edək”, "qorxmayın – tələb edin”, "susmayın” kimi şüarlar fonunda tələbin özü yaddan çıxır. Əsas vurğu Nazirliyin önünə toplaşmaq olur. Eyni zamanda, ölkədə xüsusi karantin rejimi və toplaşmaq məhdudiyyəti qüvvədə olmasına baxmayaraq, minlərlə tələbəni onların imtahan sessiyasına hazırlaşdığı bir dörvrə Nazirlik önünə gətirmək cəhdinə "bu aksiya deyil, karantin qaydaları çərçivəsində baş tutacaq müraciətimizdir” kimi ad verilir və bununla da söz və niyyət arasında açıq-aydın ziddiyyət gözə çarpır. Təhsil Nazirliyinin qarşısına bir ay ərzində çağırılan minlərlə tələbə gəlmir.  Onun əvəzinə 01 iyun tarixində aksiya təşkilatçıları özləri gəlir və onlar Nazirlikdə qəbul olunur. Maraqlıdır ki, 3 nəfər tələbəni 30-a yaxın ictimai fəal və Facebookda canlı yayım açmağı bacaran, "mənə dəymə, jurnalistəm” deyən şəxslər müşayiət edir. Jurnalist olmağın bu qədər asan olduğunu bilmirdim, amma bu başqa mövzudur. Nazirliyin önü qarşısında mühafizə xidməti göstərən polis əməkdaşları tərəfindən gələn şəxslərə "Qəbula keçmək istəyirsiniz?” sualına hamı eyni cavab verir - "Mən tələbə deyiləm, dəstəyə gəlmişəm” və ağacın altına qaçır.

Xüsusi karantin rejimi ilə bağlı demək olar ki, bütün dövlət orqanlarında vətəndaşların əyani qəbulu hazırda həyata keçirilmir. Amma buna baxmayaraq, təm-tərahla, müşahidəçilərlə, tələbə olmayan şəxslərlə və canlı yayım pərəstişkarları fanatları ilə birlikdə gələn 3 tələbəni Nazirliyin aidiyyəti üzrə sektor müdiri və əməkdaşı qəbul edir. Qəbul vətəndaşların rəsmi qəbul otağında baş verir. Qəbul 20 dəqiqə davam edir. Qəbulda iştirak edən 3 tələbə "biz bütün tələbələri təmsil edirik” və "imtahanları və ödənişi ləğv edin” deyir. Nazirliyin məsul şəxsləri bu 3 tələbədən pandemiya dövründə onların təhsil aldıqları Bakı Dövlət Universiteti, UNEC və ADU-da təşkil edilmiş məsafədən tədrisə qoşulmaq imkanının olub-olmamasına, olmadıqda, hansı səbəbdən olmamasına, onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək həssas əhali qrupuna aid olan ailələrin üzvü olub-olmamasına və bu kimi digər suallara aydınlıq gətirməyə çalışır.

Tələbələr bu suallara əhəmiyyət vermir, əvəzində imzasız çağırışı təqdim edir, "biz bütün tələbələri təmsil edirik” və "hamısı ləğv olunsun” şüarını israrla təkrarlayır. Hansı tələbələri və nə əsasında təmsil etdiklərini özləri dəqiq bilmir. Bir neçə cəhddən sonra bir-iki suala cavab tapılır və məlum olur ki, üç tələbədən ikisi IV kurs tələbəsidir və Nazirlik tərəfindən edilmiş güzəşt onlara şamil edilir və onlar imtahan verməyəcəklər.

İmtahan verməli olan, amma hazır olmayan tələbələrə yay imtahan sessiyasında iştirak etmədən avqust ayında əlavə ödəniş olmadan keçiriləcək icmal mühazirələrə qatılmaq imkanı, habelə təhsil haqqının ödənişi ilə bağlı dövlət tərəfindən ayrılmış maliyyə və onun şərtləri barədə məlumat verilir. Bundan sonra tələbələr qəbul otağını və Nazirliyin binasını tərk edir. Yarım saat sonra Nazirlik bu barədə ictimaiyyətə açıqlama verir”.


Onun sözlərinə görə, bu qəbuldan sonra məhkəmənin qərarına əsasən xüsusi karantin rejiminin tələblərini pozduğuna görə bir neçə tələbə inzibati məsuliyyətə cəlb olunur. Belə ki, karantin rejimin pozulması ilə Təhsil Nazirliyində tələbələrin qəbulu arasında səbəb-nəticə əlaqəsi yoxdur, karantini pozan qəbuldan qabaq da, qəbuldan sonra da poza bilər.

"Nazirlik karantin rejimini səbəb gətirərək tələbələri qəbul etməyə də bilərdi və bu zaman tələbələr qəbula düşmədən məsuliyyətə cəlb olunacaqdır. Lakin Nazirlik müraciətçilərin həqiqətən də, nə istədiklərini başa düşməyə çalışdı, təşkilatçıları qəbul etdi, dinlədi, məsələyə münasibətini bildirdi, izahatını verdi.

Səbəbindən və şəraitdən asılı olmayaraq, istənilən tələbənin inzibati və ya digər məsuliyyətə cəlb edilməsi arzuolunan hal deyil. Tələbənin yeri bir qayda olaraq auditoriya və kitabxana olmalıdır, təcridxana yox. Bu vacib olduğu qədər, məsələyə düzgün və ədalətli yanaşmanı sərgiləmək bir o qədər də vacibdir. Qəbulda olan şəxslərin sonradan "bizi qəbul etmədilər” deməkləri, qəbula dəvət edilmiş tələbələr barədə "polis onların qoluna girib binaya dartıb apardı”, "Nazirlik tələbələri binaya salıb aldatdı, orada həbs etdi” kimi ifadələri işlətməyi, inzibati məsuliyyətə cəlb edilmiş bir tələbənin dərhal əfsanə və qəhrəman elan edilməsi, mütəşəkkil qaydada şəkillərinin, tvitlərin paylaşılması, mahnıların bəslənməsi, operaların yazılması, bir nəfərlik aksiyada "Tələbə tələbi cinayət deyil” kimi bəsit fikirlərlə bizi nəyəsə inandırmağa çalışması (yeri gəlmişkən, biz bunun əksini düşünmürük), cərimənin ödənilməsi üçün dərhal sosial kampaniyanın başlanması və yaxşıları da pis kimi təqdim etmək cəhdləri hansı məqsədlərə qulluq edir? Təhsil mövzusu qalır bir qıraqda, əsas niyyət üzə çıxır. Bunu tək biz görmürük, bunu bir aydır ki, çağırış etdiyiniz və Nazirlik önünə gətirə bilmədiyiniz tələbə də görür. Bəlkə, məsələ ümumiyyətlə təhsil haqqı və imtahan deyil?! Burada bir nida işarəsi qoyum.

Ədalət axtarışına çıxan şəxs ilk növbədə özünün də ədalətli davranmasını təmin edə bilsəydi, cəmiyyətimiz daha sağlam olardı. Təhsil Nazirliyinin qapısı isə həqiqətən təhsildən bəhs etməyə gələn hər bir şəxsin üzünə açıqdır. Canlı yayım da açmaq olar, fanatlar darıxmasın. Amma kamera təkcə sizdə deyil”. modern.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən tələbələrin saxlandığı deyilir

Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən tələbələrin saxlandığı deyilir

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

Nazirliyin qarşısında aksiya keçirən tələbə həbs edildi

Nazirliyin qarşısında aksiya keçirən tələbə həbs edildi

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

Tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə atılacaq vacib addım – Elnur Məmmədovdan açıqlama

Tələbələrin təhsil haqqının ödənilməsi məqsədilə atılacaq vacib addım – Elnur Məmmədovdan açıqlama

ADNSU-da bütün imtahanlar onlayn şifahi formatda keçiriləcək

ADNSU-da bütün imtahanlar onlayn şifahi formatda keçiriləcək

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Elçin Əfəndi: Onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Buraxılış və qəbul imtahanları yalnız bu tarixlərdə keçirilə bilər

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI