AzTehsil.com


Xəbərlər / Müəllim
17 may 2020
2 147


Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır



Fərdi tədris və evdə repetitor xidmətləri 31 mayadək dayandırılır

 

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.

Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;
xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması;

– "ASAN xidmət” və "DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

– dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;

– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

– qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

– muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

– nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

– tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.



Загрузка...
Həmçinin oxuyun:
Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Hansı qadağalar qüvvədə qalır? - SİYAHI

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Nazirlər Kabineti may ayı üçün qeyri-iş günlərini müəyyən edib

Nazirlər Kabineti may ayı üçün qeyri-iş günlərini müəyyən edib

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Bu gündən bəzi xidmət sahələrində iş bərpa olunur - SİYAHI

Bu gündən bəzi xidmət sahələrində iş bərpa olunur - SİYAHI

Təhsil Naziri dərslərin müvəqqəti dayandırılması ilə bağlı Baş Nazirə müraciət edib

Təhsil Naziri dərslərin müvəqqəti dayandırılması ilə bağlı Baş Nazirə müraciət edib

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Ceyhun Bayramovdan əmr - Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi

Ceyhun Bayramovdan əmr - Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Nazirlikdən kəskin hava ilə bağlı açıqlama

Nazirlikdən kəskin hava ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı