Xəbərlər / Müəllim
06 may 2020
32 501


Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

 

Təhsil eksperti Kamran Əsədov Təhsil naziri Ceyhun Bayramovun dünən (5 may) təhsil işçilərinin yeni iş rejimi ilə bağlı imzaladığı qərarı şərh edib.

O, bir sıra bölgələrdə təhsil sahəsində çalışanların işə çıxa biləcəyini söyləyib:

"Yeni qərara əsasən Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla rayon təhsil şöbələrin işçilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur.

Yəni yuxarıdakı şəhərlər istisna olmaqla yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər.

Amma ola bilər ki, tam şəkildə işə icazə verilən rayonlarda yerləşən məktəblərdə çalışan amma karantin rejimi davam edən şəhərlərdə yaşayanlar üçün rayon təhsil şöbəsi və ya məktəb direktoru icaze.gov.az-dan icazə almalıdır ki, o şəxs postu keçib gedə bilsin”.

K.Əsədov karantin tətbiq olunması ilə əlaqədar vəziyyətin bir qədər fərqli olduğunu bildirib:

"Karantin tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda təhsil müəssisəsi çalışan işçilərin 30%-ni işə cəlb edə bilər. Bunu təhsil müəssisəsinin rəhbəri özü müəyyən edir. Amma öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən, yaşı 60-dan yuxarı olan işçiləri yox, şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilməlidir. Yəni rayonlarda təhsil müəssisələri tam şəkildə bütün əməkdaşları, hətta müəllimləri də, kitabxanaçını da, laborantı da, dalandarı da işə cəlb edə bilər. Karantin rejimi davam edən şəhərlərdə isə təhsil müəssisənin rəhbəri yalnız 30% işçi işə cəlb edir. Bu zaman isə öz insiativini əsas götürür. Hansı əməkdaşı işə cəlb etmək onun öz qərarıdır.

Şərt o deyil ki, rayonlarda 100%-i işə cəlb edilsin və ya karantin rejimi olan yerlərdə 30% cəlb olunsun. Bu, maksimum həddir. Müəssisə rəhbəri o faizə qədər istənilən sayda işçini işə cəlb edə bilər”.

K.Əsədovun sözlərinə görə, qərar təkcə orta məktəblərdə çalışanlara deyil, universitet, kollec, peşə təhsili müəssisələrinə də aiddir: "Yəni bütün növ və pillə təhsil müəssisələrində 4-31 mayda iş prosesi qaydalar çərçivəsində bərpa olunur. Təhsil sistemində çalışan işçilər işə cəlb olunurlar. Yeganə olaraq bu qərar uşaq bağçalarına aid deyil.

Karantin rejimi olmayan şəhər və rayonlarda təhsil şöbələri, Ərazi Maliyyə Hesablaşma Mərkəzlər, universitet və məktəblərin əməkdaşları 8103-ə icazə SMS-i yazmadan, icaze.gov.az-dan qeydiyyatdan keçmədən bütün çalışanlar işə cəlb oluna bilər. Amma karantin tətbiq olunan şəhərlərdə çalışanların işə cəlb olunması işçilərin maksimum 30%-dir və onlar işə gəlmək üçün ya 8103-ə icazə SMS-i almalı (3 saatlıq) və ya rəhbərləri onlar üçün icaze.gov.az-dan icazə almalıdır”.
mediapost.az 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Repetitor yanına gedənlərə xəbərdarlıq - VİDEO

Repetitor yanına gedənlərə xəbərdarlıq - VİDEO

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Ceyhun Bayramovdan əmr - Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi

Ceyhun Bayramovdan əmr - Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

Elçin Əfəndi: Repetitorlar bu sayt  vasitəsilə qeydiyyatdan keçməlidir

Elçin Əfəndi: Repetitorlar bu sayt vasitəsilə qeydiyyatdan keçməlidir

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib – FOTO

5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib – FOTO

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

Bundan sonra təhsil sistemində nələr olacaq? - AÇIQLAMA GƏLDİ

Bu şəxslərin maaşları ARTIRILDI – Prezidentdən SƏRƏNCAM

Bu şəxslərin maaşları ARTIRILDI – Prezidentdən SƏRƏNCAM

Məktəblərin açılması müzakirə mövzusu deyil - İbrahim Məmmədov

Məktəblərin açılması müzakirə mövzusu deyil - İbrahim Məmmədov

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Məktəblər yayda açılacaq?

Məktəblər yayda açılacaq?

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Müəllimlərin yay tətili ləğv olunacaq?

Müəllimlərin yay tətili ləğv olunacaq?