AzTehsil.com


Xəbərlər / Abituriyent
18 aprel 2020
19 217


Kolleclərdə təhsil müddəti 2 ilə endirildi - RƏSMİ



Kolleclərdə təhsil müddəti 2 ilə endirildi - RƏSMİ

 

Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb. 

Təhsil Nazirliyindən  verilən məlumata görə, bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb.

Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub.
Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub.

Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq.



Загрузка...
Həmçinin oxuyun:
Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Yeni ixtisaslar yaradıldı

Yeni ixtisaslar yaradıldı

Qəbul qaydaları dəyişdirilir

Qəbul qaydaları dəyişdirilir

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

Azərbaycan Universitetlərində yaradılan yeni ixtisaslar – TAM SİYAHI

Azərbaycan Universitetlərində yaradılan yeni ixtisaslar – TAM SİYAHI

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Tibb ixtisasları üzrə ali təhsil müəssisələri 1010 nəfər ixtisaslı kadr hazırlayıb

Tibb ixtisasları üzrə ali təhsil müəssisələri 1010 nəfər ixtisaslı kadr hazırlayıb

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Yeni ixtisas yaradıldı - Abituriyentlərin nəzərinə

Yeni ixtisas yaradıldı - Abituriyentlərin nəzərinə

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər

Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib