Xəbərlər, Mədəniyyət
06 aprel 2020

Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb

Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb

 

Hazırda ÜST tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin yeni "Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı layihəyə start verilib.

Nazirlikdən verilən məlumata görə, layihə insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratmaq məqsədi daşıyır. Bununla bağlı Nazirliyinin rəsmi facebook səhifəsindən hər gün yaradıcılıq dərsləri paylaşılır. Bu video dərslər xalq sənətkarlığı, aşıq musiqi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamələrinə həsr olunur və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir.

Aprel ayının 6-dan etibarən Mədəniyyət kanalında da layihənin veriliş forması nümayiş etdiriləcək və ictimaiyyətin faydalanması imkanları genişləndiriləcəkdir.

Nazirliyin sosial şəbəkələrdə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan layihəsinə ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən qoşulmaqla bağlı müraciətlər edilir.
İlk olaraq 24 saylı Nizami 1-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Könül Nurullayeva və onun seçki qərargahı prosesə aktiv formada qoşulmuşdur. Bu təşəbbüs Bakı şəhəri, Nizami rayonu üzrə qeydiyyatda olan vətəndaşlardan layihəyə qoşulanlar üçün xüsusi imkanlar yaratmışdır. Belə ki, qeyd edilən rayonda qeydiyyatda olan, layihə çərçivəsində elan edilmiş müsabiqəyə qoşulan və müvafiq qaydalara uyğun olaraq qalib seçiləcək vətəndaşlar qiymətli hədiyyələrlə yanaşı, pul mükafatına və sertifikatlara da layiq görüləcəklər.
Bakı şəhəri, Nizami rayonunda (seçki dairəsindən asılı olmayaraq bütün rayon ərazisinə şamil edilir) qeydiyyatda olan şəxslər (seçimlər zamanı şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd nəzərə alınacaq)  layihədən aşağıdakı kimi yararlana bilərlər:

Nazirliyin rəsmi facebook səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan videolardan öz maraq dairəsinə uyğun birini və ya bir neçəsini seçmək (layihə üzrə tikmə, toxuma, biçmə, xalçaçılıq, ağac və taxta üzərində oyma, şüşə üzərində işləmə, vitraj, dekorativ bəzək əşyaları hazırlama, aksesuar hazırlanması və s. kimi sənətkarlıq növləri, eləcə də bədii qiraət, rəqs, musiqi, rəsm çəkmək kimi işlər təqdim edilə bilər);
Həmin videolardan bəhrələnməklə yeni məhsul hazırlamaq (məsələn qiraət dərsinə baxmaqla şeir demək, sənətkarlıq dərsinə baxmaqla suvenir hazırlamaq, rəsm dərsinə baxmaqla rəsm çəkmək və s.);

Yaratdığı məhsulun hazırlanma prosesini və hazır variantını evdə mobil telefon vasitəsilə çəkmək (bu videodan məhsulun onun tərəfindən hazırlandığı aydın bilinməlidir);

Həmin videonu (maksimum 15 dəqiqə olmalı, əgər dəqiqəsi artıqdırsa mobil telefonun texniki imkanlarından istifadə edilməklə qısaldılması) facebookda öz səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşmaq və bəhrələndiyi video dərsin linkini də əlavə etmək.

Qeyd: Layihə üzrə müsabiqədə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər iştirak edə bilər.

Cari ilin may ayının 7-dək (videonun son yerləşdirilmə tarixi 1 may 2020-ci il, son qiymətləndirilmə tarixi 7 may 2020-ci il olmaqla) davam edəcək müsabiqədə iştirak edən şəxslərin hazırladığı və facebookda ən çox bəyənilən (like) ilk üç video qalib olacaq. Nəticədə 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yer sahiblərinə də pul mükafatı ilə yanaşı hədiyyələr və sertifikatlar da təqdim ediləcəkdir.

Suallarla üzləşən vətəndaşlar "Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. (İş:012 422 22 41, mob: 055 276 23 75)










Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

"Dərs vaxtı"nın 6 aprel cədvəli

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

“Dərs vaxtı”nın 1 aprel cədvəli

“Dərs vaxtı”nın 1 aprel cədvəli

Təhsil Nazirliyi

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatla bağlı - Rəsmi açıqlama+Foto

Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatla bağlı - Rəsmi açıqlama+Foto

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Daxili İşlər Nazirliyi müəllimləri işə götürəcək -ELAN

Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edilib

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə mükafat aldılar - FOTO

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA

Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA