AzTehsil.com


Xəbərlər / Səhiyyə
22 dekabr 2019
2 356


Qoz-fındığın möcüzəvi xeyri



Qoz-fındığın möcüzəvi xeyri

 

Hələ Hippokrat qoz-fındığı böyrək xəstəliyi, mədə və qaraciyər üçün əsas dərmanlardan biri hesab edirdi. Karbohidrat, zülal, vitamin, minerallarla zəngin olan bu məhsulu avropalılar xüsusi dəyərləndirir.

Çarlz Dan adına xərçəng İnstitutunun alimləri sübut ediblər ki, hər gün qoz-fındıq yeyən insanların ölüm riski 20 % aşağıdır. Bu məhsul xərçəng və ürək xəstəliyinə tutulmanın qarşısını alır. Tədqiqatçılar iki müşahidəni müqayisə edib. Birinci müqayisə 1980-ci ildən 2010-cu ilə kimi 76 min qadının cəlb olunması ilə keçirilib. Alimlər qoz-fındıq dietasını saxlayan könüllüləri müşahidə ediblər. İkinci təcrübə isə 1986-cı ildən 2010-cu ilə kimi kişilər arasında aparılıb. Nəticədə hər gün qoz-fındıq qəbul edən şəxslərin ölüm riski 20, həftədə 5-6 dəfə bu məhsulu yeyən insanlarınki isə 15% azalıb.



Загрузка...
Həmçinin oxuyun: