Səhiyyə / Xəbərlər
06 noyabr 2021
683

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

"Ölkədə COVİD-ə yoluxanların sayı bir qədər artıb. Bunu sürətli artım hesab etmək olmaz".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.

İnfeksionist  bildirib ki, yoluxanların sayında kəskin artım mümkün deyil:

"Dördüncü dalğanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq olmur. Çünki pandemiyanın başladığı vaxtdan geridə qalan zaman müddətində gördük ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma sayı kəskin azalır, ondan sonra təzədən artanda bu, yeni dalğa kimi dəyərləndirilir. Amma bu dəfə yüngül azalma olandan sonra təhsil müəssisələri, məktəblər açılandan sonra yoluxma sayı yenidən artdı. Hələ yoluxma müəyyən rəqəmlərdə stabil durur.

4-cü dalğanın bu gedişlə nə qədər uzanacağını proqnozlaşdırmaq mümkün deyil. Amma düşünürəm ki, kəskin artım da mümkün deyil. Çünki artıq bir hissə yoluxdu, xəstəliyi keçirdi, böyük bir hissə artıq peyvənd olunub və peyvəndləmə prosesi də sürətlə davam etdirilir. Ona görə kəskin epidemioloji vəziyyətin yaranacağı ən azından yaxın vaxtlarda gözlənilmir.

Köhnə qaydalara görə digər virus infeksiyalarının epidemioloji gedişatlarını nəzərdən keçirsək, bir neçə ildən sonra COVİD 19-un da adi bir virus infeksiyasına dönəcəyini deyə bilərik. Amma onun nə zaman baş verəcəyi biraz bəlli deyil. İnsanlarda kütləvi immunitet formalaşacaq. Ondan sonra əlbəttə ki, infeksiya öz-özünə sönəcək. Biz "Pandemiyaya qalib gəldik" deyəcəyik, amma virus öz-özünə sönəcək".

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı, sağalma sayı artdı

Azərbaycanda daha neçə doza vaksin vurulacağı AÇIQLANDI - 28 gün ara ilə...

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO

Həkim: “Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası yenidən gözlənilir” – VİDEO

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi 20 dəfəyə qədər yüngül keçirir - İnfeksionist

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri açılacaq - AÇIQLAMA

Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər - AÇIQLAMA

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

TƏBİB rəsmisindən qapanma ilə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Məktəblər bağlana bilər?-Ekspertlərdən ŞƏRH

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq” – VİDEO

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

2-3 aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər - Şöbə müdiri AÇIQLADI

Tanınmış həkim: Yoluxma sayının qalxması təhlükəli deyil

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

Vaksinin hər iki dozasını qəbul etdikdən sonra yoluxmaqdan qorxmayın — TƏBİB RƏSMİSİ

Hazırkı vəziyyətdə karantin tətbiq edilməməlidir - Vasif İsmayıl - VİDEO