AzTehsil.com
RU


Xəbərlər / Səhiyyə
17 oktyabr 2021
1 212


Məktəblər bağlana bilər?-Ekspertlərdən ŞƏRH



 Məktəblər bağlana bilər?-Ekspertlərdən ŞƏRH

 

Payızda xəstəliklər bir-birinə qarışır

Payıza doğru koronavirusun 4-cü dalğası bitdi. Hazırda gündəlik yoluxma sayı 1000-in ətrafındadır. Görünən odur ki, bu dalğanın son mərhələsində yoluxma daha yüksək oldu. Əvvəlki dalğaların son mərhələsində yoluxma sayı qat-qat aşağı, hətta ikirəqəmli idi. Uzun müddətdir davam edən yüksək yoluxma rəqəmlərində enmələr müşahidə olunduqca, karantin rejimi ilə bağlı yumşalmalara da gedildi. Bir müddət əvvəl təhsil ocaqları və bəzi ictimai iaşə obyektləri ilə bağlı qadağalar da aradan qaldırıldı. Məhz bundan təxminən iki həftə sonra isə yoluxma sayında azalma səngidi. Payız fəslinin gəlişi, havaların soyuması isə mövsümi xəstəliklərin də artmasına səbəb olub. Təbii ki, bu da cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Beşinci dalğa ola bilər? Əgər yoluxma artarsa, yenidən ciddi qapanmaya ehtiyac yaranacaq?

"Kaspi” qəzeti bu və ya digər aktual məqamlarla əlaqədar mütəxəssislərin rəyini öyrənib.

Təhlükəli deyil

Tibbi ekspert Adil Qeybulla deyir ki, insanlarda kollektiv immunitetin formalaşmasına gətirib çıxaran səbəblər var: "Ayrı-ayrı sahələrdə yaradılan yumşaldılmalar yoluxmalar üçün şərait yaradır. Lakin artıq xeyli adam virusa yoluxub və insanlarda immunitet yaranıb. İnsanların bəziləri birinci, bəzisi isə ikinci doza vaksin olunub. Vaksindən 45 gün keçdikdən sonra immun sistemi formalaşır, xəstəliyə qarşı davamlılıq yaranır. İnsanlar xəstəliyə yoluxduqca, vaksin olunduqca yavaş-yavaş kollektiv immunitet formalaşır. Artıq insanlarda immunitet formalaşdığına görə, nə indi, nə də gələcəkdə ciddi təhlükə görmürəm”.

Artım baş verərsə…

Tibbi ekspert bildirir ki, yoluxmalar artsa da, narahatlıq yaradan vəziyyət yoxdur: "Müəyyən qədər artım ola bilər, amma bu da yenidən tam qapanmalara getməyə ehtiyac yaratmır. Çünki dünyada yeni virus dalğası, mutasiya müşahidə edilmir”.

Yumşalmaların nəticəsi

Adil Qeybullanın sözlərinə görə, karantin rejiminin yumşaldılmasına yeni gedilib, bunun hansı nəticə verəcəyini bilmək üçün zaman lazımdır: "Nə isə söz demək üçün kifayət qədər zaman keçməyib. Təxminən bir ay sonra hansı nəticələrin olacağını daha dəqiq görə bilərik. Məncə, Azərbaycanda qapanmalara getməyə ehtiyac yoxdur”.

Özünü qoru

A.Qeybulla deyir ki, yoluxma rəqəmlərində yüksəlmənin olmaması üçün insanlar yumşaldılmalar dövründə özlərini ikiqat qorumalıdır: "İnsanlar sıx, qapalı yerdə virusdan özlərini qorumaq üçün karantin tədbirlərinə əməl etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, əllərin dezinfeksiyasına ciddi əməl etmək mühüm şərtlərdəndir. Maska taxmaqla pandemiya dövründə insanların mövsümi xəstəliklərə daha az yoluxduğunu gördük”.

Payız xəstəlikləri

İnfeksionist Mərdan Əliyev deyir ki, payızda, sadəcə, koronavirus deyil, mövsümi xəstəliklərdə də artımın baş verməsi normaldır: "Payız fəsli olduğu üçün koronovirusa yoluxanların da sayında artımın olması ehtimalı var. Artımın baş verməsinin səbəbi payızda insanların evə çəkilməsi, havalanmanın, günəşin aktivliyinin azalmasıdır. Digər mövsümi infeksiyalar da payız fəslində artır. Buna görə də, belə deyə bilərik ki, payızda xəstəliklər bir-birinə qarışır”.

Yoluxmada artım normaldır

Mərdan Əliyev bildirir ki, müəyyən enmələrdən sonra yoluxmanın artması pandemiyanın qaydasıdır: "Karantin qaydaları yumşaldıqda, məhdudiyyətlər aradan qaldırıldıqda yenidən yoluxma sayında artmanın baş verməsi gözlənilən haldır”.

Məktəblər bağlana bilər

İnfeksionistin sözlərinə görə, müəyyən sahələrdə qapanmaların olması başadüşüləndir: "Yoluxma artarsa, qismən qapanmalara gedə bilərik. Məsələn, məktəblər bağlana bilər. Amma daha ciddi qapanmalara gedilməsi ehtimal olunmur”.

Yoluxmaqdan qorunmaq

M.Əliyev deyir ki, həm peyvənd olunmuş, həm də peyvənd olunmamış şəxslər özlərini pandemiyadan qorumalıdır: "Çünki peyvənd olunmuş şəxslər də virusa yoluxa bilirlər. İstər açıq havada, istərsə də qapalı məkanda, insanların sıx toplaşdığı yerlərdən uzaq olsunlar. İmkan daxilində yığıncaq, qonaqlıq, toylara getməmək lazımdır. Əgər ora getməyə məcburuqsa, mütləq şəkildə maskadan istifadə etməli, insanlarla yaxın təmasdan maksimum uzaq olmalıyıq. Çünki koronovirus, əsasən, nəfəs vasitəsi ilə yayılır. Bu şərtlərə əməl olunarsa, virusdan  qorunmaq olar”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

TƏBİB rəsmisindən qapanma ilə bağlı AÇIQLAMA

TƏBİB rəsmisindən qapanma ilə bağlı AÇIQLAMA

Həkim: “Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası yenidən gözlənilir” – VİDEO

Həkim: “Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası yenidən gözlənilir” – VİDEO

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: Payıza qədər...

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: Payıza qədər...

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR

Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq” – VİDEO

Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq” – VİDEO

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

COVID-19-un spesifik müalicəsi yoxdur - Həkimdən AÇIQLAMA

COVID-19-un spesifik müalicəsi yoxdur - Həkimdən AÇIQLAMA

Baş infeksionistdən koronavirusla bağlı BƏD XƏBƏR - 6 ay...

Baş infeksionistdən koronavirusla bağlı BƏD XƏBƏR - 6 ay...

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq – Rəşad Mahmudov

Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq – Rəşad Mahmudov