Xəbərlər
25 noyabr 2019
1 293


Daha bir beynəlxalq nailiyyət

Daha bir beynəlxalq nailiyyət

 

Bolqarıstanın Shumen şəhərində XI İnformatika üzrə beynəlxalq payız turniri (XI International Autumn Tournament in İnformatics) keçirilib.

Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və daha bir neçə ölkənin təmsil olunduğu olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. Yarışda iştirak edən məktəblimiz Əziz Hüseynov uğurlu nəticə göstərərək gümüş medal qazanıb. O, Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdidir.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Məqalə Göndər








Загрузка...