AzTehsil.com


Xəbərlər / Ekspert
08 avqust 2019
2 101


“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar Əliyev



 

 
Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb.

Yarışın II mərhələsi birgünlük fasilədən sonra avqustun 8-də baş tutacaq.

Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında ən uğurlu çıxışı 2003-cü ildə olub – gümüş medal qazanılıb.

Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Bəs, bu il keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası komandamıza nə vəd edir? Ümumiyyətlə, yarışın I turun gedişatı medalı komandamız üçün nə dərəcədə əlçatan edə bilir?

"II turdan gözləntilərimiz çoxdur. I turun gedişatını nəzərə alsaq hər birimiz  növündən asılı olmayaraq medal arzulamalıyıq. Nəticələrimiz buna çox yaxındır. Xüsusilə də Abutalıb Namazovun  nəticələri...”

Bu sözləri AzEdu.az-a açıqlamasında BİO–nu yaxından izləyən təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Fizika, riyaziyyat və informatika təmayülü Respublika Liseyinin tərkibində Olimpiada Mərkəzinin yaradılması bu işi xeyli təkmilləşdirib. Amma azərbaycanlı şagirdlər fizika, kimya kimi fənlər üzrə təşkil edilən olimpiadalarda yer tutsalar da, Beynəlxalq İnformatika Olimpiadasında uğur qazana bilmirlər:

"İndiki nəticələrə gəldikdə isə düşünürəm ki, məyusluğa ehtiyac yoxdur. Optimist olmaq lazımdır. Azərbaycanı təmsil edən 2 şagird - Abutalıb Namazov və Murad Eynizadə potensiallarını maksimal səviyyədə göstərməyə çalışıblar. Artıq sabah II tur başlayacaq. Onun nəticələri də həlledici rol oynayacaq. Arzu edirəm ki heç olmasa, gümüş və bürünc medal qazana  bilək. İnformatika digər sahələrə nisbətən çox çətin və aktualdır. Bu yarış riyazi məsələlərin proqram həllidir. İştirak edən şagird həm riyaziyyat, həm də informatikanı bilməlidir. Uzun illər təcrübəsi olan ölkələrin nəticəsinə baxsaq, aydın olar ki, məyusluğa ehtiyac yoxdur”.

O, I turda göstəricilərinə görə fərqlənən bir neçə ölkəni qeyd edib. Bildirib ki, I turda ilk yeri Amerikanı təmsil edən Çin mənşəli şagird tutub:

"Amerikanı təmsil edən şagirdlərin 4-ü də çinli idi. Onların nəticələri çox yüksəkdir.

Rusiyanın nəticələri də qənaətbəxş oldu. İranın nəticələri də uğurlu idi. Qiymətləndirmə hər mərhələdə 300 olmaqla, ümumilikdə 600 bal üzərindən aparılır. Artıq bir nəfər maksimal bal toplayıb.

Vyetnam 264 balla II yerdədir. Burada qiymətləndirmə çox mürəkkəb prosesdir. Əsas odur ki, medal sayı bütün iştirakçı sayının yarısını əhatə edəcək. Buna görə də şansımız çoxdur”.

Qeyd edək ki, müsabiqənin ilk günündə Azərbaycan komandasının üzvləri Abutalıb Namazov, Murad Eynizadə, Fərhad Əzimov  və İbrahim Tağızadə yarışa qatılıblar. Nəticələrə əsasən, Abutalıb Namazov 135 balla 180-ci yer, Murad Eynizadə 121 balla 204-cü yer, Fərhad Əzimov 89 balla 252-ci yer, İbrahim Tağızadə isə 65 balla 270-ci yerdə qərarlaşıb. 

ABŞ təmsilçi Benjamin Gi 300 balla 1-ci, vyetnamlı Phuc Trinh Huu Gia 272 bal 2-ci, rusiyalı Eldar Qaimullin 264 balla isə 3-cü yeri qazanıb.

Müsabiqə nəticələri haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz:




Загрузка...
Həmçinin oxuyun: