Xəbərlər / Bölgə
11 noyabr 2019
2 199


“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley

“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley

 

"Sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Qapıların köhnə olması da soyuq havanın içəri tez daxil olmasına səbəb olur. Məktəbin döşəməsi köhnəlib. Cəmi bir kompüterimiz var”.

Bu, Qazax rayonu Yuxarı Əskipara kənd orta məktəbinin düz bir il əvvəlki mənzərəsidir. O məktəb ki, bir vaxtlar həmin binada Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərib və xeyli pedaqoq yetişdirib. İndi də məktəbdə bir zamanların məşhur seminariyanın xatirələri qorunur. Bir il əvvəl bu xatirələri itirəcək təmir-bərpa işləri də aparılmamışdı.

Bəs, hazırda bu təhsil yadigarının durumu necədir? Qazax Müəllimlər Seminariyasının tarixini yaşadacaq, tədrisə töhfə verəcək hər hansı bərpa işlərinə başlanıbmı?

Məktəbin direktoru Saleh Vəliyevin AzEdu -ya dediklərindən məlum olur ki, 1 il ərzində məktəbdə təmir işləri görülməyib. Amma müəyyən irəliləyişləri də qeyd etmək lazımdır:

"Keçən il cəmi 1 kompüterimiz vardı. Onunla da lazımi sənədləri hazırlayırdıq. Bu il isə məktəbə kompüter verilib. 2 stolüstü kompüterimiz, 9 noutbukumuz var. İnternetlə də təmin edilmişik. Amma istilik sistemi hələ də quraşdırılmayıb”.

Məktəbin 1 il əvvəlki durumunu xatırladırıq:

"Sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Bu isə onların davamiyyətinə təsir edir”.

Saleh müəllim indiki vəziyyəti izah edir:

"Təmir işlərinə başlanmayıb.İndi də həmin quruluş qalıb. Axı, tarixi binadır.

O gün yenə gəlmişdilər. İstəyirlər ki, tarixiliyi qorumaq şərtiləməktəbi təmir etsinlər.  Dedilər, təxmini 8 otağı muzey kimi saxlayacaqlar. Digər otaqlar isə Uşaq Gənclər Mərkəzinə və digər kiçik qurumlara veriləcək.

Yuxarı Əskipara məktəbi isə orada daimi olmayacaq. Qaçqın və məcburi köçkünlər üçün qəsəbə tikilməsi nəzərdə tutulub. Deyilənə görə, orada məktəb binası da tikiləcək və yuxarı Əskipara məktəbi köçürüləcək. Bu tarixi binada müvəqqəti məskunlaşmışıq. Amma burada Qazax Müəllimlər Seminariyasının tarixi yaşayır. Yəqin, binanı da elə tarixi üsullarla, qədimliyinə xələl gətirmədən bərpa edərlər”.

Məktəbin builki nəticələrinə gəlincə isə, Saleh müəllimin sözlərinə görə, bu il 8 şagird məzun olub. Onlardan 7-i ali məktəblərə qəbul imtahanında iştirak edib:

"4-ü universitet, 1-i isə kollecə qəbul olundu. Təəssüf ki, 2 məzun imtahandan keçə bilmədi. Ümumiyyətlə məktəbimiz həmişə ən yaxşı 10 məktəb sırasında olub”.

"Sinifləri odun sobası ilə qızdırmalı oluruq. Şagirdlər özləri dilə gətirirlər ki, avtobusda üstümüzdən odun sobasının ətri gəlir. Bu, onlara narahatlıq yaradır”.

İstilik sistemi ilə bağlı məktəbin keçənilki durumunu xatırladırıq. Direktor bir qədər susaraq əlavə edir:

"Məktəbi bu il də odun sobası ilə qızdırmalı olacağıq. Odun tədarükümüzü veriblər.  Sadəcə bu, uşaqlara mənəvi təsir edir”.

Qeyd edək ki, 1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Qazax şəhərinə köçürülüb. Sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Tədris ocağının buraya köçürülməsində görkəmli maarifçi, pedaqoq  Firidun bəy Köçərlinin  böyük rolu olub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
100 yaşlı maarif işığı

100 yaşlı maarif işığı

Qazaxda “Novruz mühazirəsi” keçirilir

Qazaxda “Novruz mühazirəsi” keçirilir

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Qazax rayonunda məktəb açılışı

Qazax rayonunda məktəb açılışı

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Bu ucqar bölgəmizdən rekord nəticə - 274 şagird tələbə oldu, 19-u isə…

Bu ucqar bölgəmizdən rekord nəticə - 274 şagird tələbə oldu, 19-u isə…

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb