Direktor və müavinlərinin maaşı artdı
Nazirlər Kabineti "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının, direktor müavinlərinin, baş mühasiblərinin və dərs hissə müdirlərinin aylıq vəzifə maaşlfrə artırılıb.
Beləliklə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manatdan 660 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manatdan 595 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manatdan 530 manata qaldırılıb.
Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.