AzTehsil.com


Xəbərlər / Abituriyent
15 avqust 2019
2 764


Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğuna aydınlıq gətirib



 

Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğuna aydınlıq gətirib

 

 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında" qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar”. 


Bunu Təhsil Nazirliyinin sektor müdiri Bəhruz Müslümov bildirib. Sektor müdiri qeyd edib ki, həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar. Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub:


"Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar. Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir”.  


B.Müslümov bildirib ki, qanunvericilikdə qeyd olunan şəxslərlə yanaşı, "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar: "Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Bundan əlavə, məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.  2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar. Bu sahədə olan qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar”. (apa.az)




Загрузка...
Həmçinin oxuyun:
Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Valideynlərini itirənlər təhsil haqqından azad oluna bilər

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda bəzi şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Valideynlərini itirmiş tələbələrə ŞAD XƏBƏR

Valideynlərini itirmiş tələbələrə ŞAD XƏBƏR

600-dən yuxarı balla tələbə adını qazananlar arasında internat məktəblərinin məzunları da var

600-dən yuxarı balla tələbə adını qazananlar arasında internat məktəblərinin məzunları da var

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Təqaüdlər bu gündən etibarən artırılıb

Təqaüdlər bu gündən etibarən artırılıb

Mövcud qanunvericilikdə isə belə göstərilib

Mövcud qanunvericilikdə isə belə göstərilib

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Övladlığa götürmənin ŞƏRTLƏRİ

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib