Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Azərbaycan 24 xəbər verir ki, "Təhsil haqqında” qanuna 22.3-1-ci maddə əlavə edilib:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur”.
Habelə qanuna aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə olunub: "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.