AzTehsil.com


Xəbərlər
16 may 2019
2 275


Dünyaya öz şagirdlərinin gözü ilə baxan müəllimlər az deyil…



 

 
Bakıdakı 314 nömrəli orta məktəbdə çəkilən görüntüləri izlədiniz? Yox, yox, direktor şagirdlərdən süpürgəpulu yığmırdı. Orda heç müəllimin uşaqları döyməyindən də söhbət getmirdi. Altıncı sinif şagirdləri Pərviz Qurbanov adlı müəllimin dərsində rəqs edir, arada onun başına çırtma vurur, dağ boyda kişini ələ salırdılar.

Bilirsiniz, sonra nə baş verib? Bu biabırçılığa dözməyən müəllim ərizə yazaraq, könüllü şəkildə işdən çıxıb. Üç gündür işimi-gücümü atıb, mətbuatı izləyirəm. Məktəbi və müəllimləri qaralamaqdan zövq alan adamların heç birindən səs çıxmadı. Heç kim demədi ki, ay valideynlər, belə uşaqlar böyütdüyünüzə görə xəcalət çəkirsinizmi? Heç kim yazmadı ki, əziz ata-analar, düşük seriallara sərf etdiyiniz vaxtdan niyə azca ayırıb uşaqlarınızın tərbiyəsi ilə məşğul olmursunuz? Soruşan olmadı ki, 6-cı sinifdə oxuyan uşaq niyə telefon gəzdirməlidir? Şübhə etmirəm ki, əgər Pərviz müəllim həmin gün şagirdlərdən 1 manat fondpulu yığmış olsaydı, uşaqlarına min manatlıq telefon alan validenynlər nəinki onun dirisini söyərdilər, hətta ölüsünü də qəbirdən çıxarardılar…

 Xəzər TV-də efirə gedən "Səni axtarıram” verilişinə ötən ay yaşlı bir müəllimə təşrif buyurmuşdu. Üzündən nur yağan bu gözəl insandan şikayətinin nə olduğunu soruşanda, belə cavab vermişdi: "Şagirdlərimdən biri çəpgözlükdən əziyyət çəkir. İstəyirəm ki, Cahid doktor onu pulsuz əməliyyat etsin”. Oftalmoloq Cahid Şahbazov başda olmaqla hamımız kövrəldik. Ertəsi gün Cahid həkim uşağın gözünü təmənnasız əməliyyat etdi. Növbəti həftə həmin müəllimə Cahid Şahbazova təşəkkür etmək üçün şagirdi ilə birlikdə studiyaya gəldi. İnanın, uşaqdan çox müəllimə sevinirdi. Dünyaya öz şagirdlərinin gözü ilə baxan müəllimlər az deyil… Elinanın müəmmalı ölümündən sonra qatıldığım televiziya proqramlarının birində belə demişdim: "Direktorla məktəb arasında bərabərlik işarəsi qoymayın. Direktor pis ola bilər, amma məktəb pis ola bilməz. Məktəbin alternativi radikalizmin tüğyan etdiyi, cəhalətin və xurafatın hökm sürdüyü məkanlardır”.

 Cəmiyyətdə problem çoxdur. Məmur özbaşınalığı, dövlət qurumları üçün xarakterik olan süründürməçilik insanları bezdirib. Sözsüz ki, təhsil müəssisələri də problemlərdən xali deyil. Amma hakimin, prokurorun, rəisin, gömrük işçisinin, maliyyə müfəttişinin günahını müəllimin ayağına yazmaq ədalətsizlikdir. Gəlin, vicdanlı olaq: şagirdlərindən ayda 1 manat fondpulu yığan müəllim avtoqəzada iki nəfərin həyatına son qoyan məmur övladına 2, toyuq oğrusuna 6 il iş kəsən hakimdən pisdir? Yoxsa, prokuror, polis rəisi, gömrük "şef”i müəllimdən daha təmiz işləyir? Öz kitabını tələbələrinə 5 manata satan müəllim sonu 500-lə qurtaran nömrəni avtomobil sahiblərinə 5 min manata satan DYP əməkdaşından pisdir? Bunun belə olmadığını hamımız bilirik. Sadəcə, müəllimin əlində adamı tutmaq üçün səlahiyyət olmadığına görə heç kim ondan qorxmur. Bir kostyumu üç-dörd il geyinən, aldığı cüzi məvaciblə günü-günə zorla calayan müəllimin gözü o qədər qara deyil ki, ağardanda kiminsə canına vəlvələ düşsün… Sağlam tənqid cəmiyyətin uğurudur.

Həkimi də, müəllimi də, məmuru da tənqid etmək olar. Amma müəllimlə birlikdə məktəbi də qaralamaq, onun müqəddəsliyinə xələl gətirmək olmaz. Axı biz hər gün uşaqlarımızı ora göndəririk…(Moderator.az)



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda məktəbdə biabırçılıq - VİDEO

Azərbaycanda məktəbdə biabırçılıq - VİDEO

“Yayılan video köhnədir” - Təhsil idarəsindən açıqlama

“Yayılan video köhnədir” - Təhsil idarəsindən açıqlama

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Müəllimə “yekəqarın” deyən yekəbaşlar...

Müəllimə “yekəqarın” deyən yekəbaşlar...

Müəllimə yatan şagirdi belə oyatmağa çalışdı - VİDEO

Müəllimə yatan şagirdi belə oyatmağa çalışdı - VİDEO

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

“Hər birindən 7 min manat rüşvət alır…”

“Hər birindən 7 min manat rüşvət alır…”

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim şagirdlərinin görüntülərini çəkib bu cür istifadə edə bilərmi?

Müəllim şagirdlərinin görüntülərini çəkib bu cür istifadə edə bilərmi?

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Valideynin ağır ittihamla suçladığı  məktəbin direktoru– “Ana bütün  günahı boynumuza  yıxmaq istəyir, amma...”

Valideynin ağır ittihamla suçladığı məktəbin direktoru– “Ana bütün günahı boynumuza yıxmaq istəyir, amma...”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...

Azərbaycan təhsilində yeni dəb- Hansı müəllimin ki...