AzTehsil.com


Xəbərlər / Yazarlar / Müəllim
28 yanvar 2019
2 381


“Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.



“Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.

 

 
Tanınmış şəxsiyyətlərin dil haqqındakı fikirlərini oxuduqca, dilimizə sevgimin artmasına və bu dildə danışan bir xalqın övladı olmağımdan qürur duymağıma rəğmən, onunla bağlı dərdim də təzələndi.
 
Ani olaraq ali təhsilli olsam da, xarici dil bilmədiyimdən qapıları üzümə açılmayan ofislər, şirkətlər, təhsil kompleksləri yadıma düşdü. O qapılardan hər dəfə qayıdanda düşünürdüm ki, müstəqillik davamız, dilimizin dövlət dili olması heç kimdən asılı olmamaq, azad vətəndaş olmaq üçün deyildimi? Məgər biz bu davanı başqalarının dilini yurdumuzda hakim etmək üçünmü aparmışdıq? Bütün bu düşündüklərim, "Niyə mən öz dilimdə işləyə bilmərəm?” sualları sanki məni ruhdan salırdı.

Bestujev-Marlinskinin "Azərbaycan (türk) dilini bilməklə bütün Şərqi gəzib dolaşmaq mümkündür” ifadəsi, Lermantovun dilimizi  Şərqin fransız dili adlandırması bu dilin əzəmətindən, böyüklüyündən xəbər vermirmi? Böyük rus şairi təsadüfənmi belə yazırdı: "Tatarca (azərbaycanca) öyrənməyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımdır. Heyf ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazım ola bilərdi”.

Dilimizin gözəlliyi "Kitabi-Dədə Qorqud” dastanlarında, "Divani- lüğət ət-türk” də, ustad Əbülüla Məərrinin XI əsrdə şagirdi Xətib Təbriziyə anlatdığı sözlərdə, Füzuli qəzəllərinin ruhunda, Aşıq Ələsgər qoşmalarının nəfəsində, Məmməd Araz  şeiriyyətinin istiliyində deyilmi?

Bu, həqiqətən, belədirsə, dilimiz bütün leksik-semantik fikir çalarlarına sahibdirsə, digər dillərə məhəbbət, sevgi, ana dilinə biganəlik haradan qaynaqlanır? Niyə vaxtilə Şərqin aparıcı dili kimi qiymətləndirilən bir dili ölkəmizin aparıcı dili edə bilmirik? Bu qədər zəngin bir dilimiz olmasına rəğmən, niyə xarici şirkətlərdə işləyən süpürgəçilərimizə belə az qala xarici dil kursları təşkil edirik? "Öz ana dilimizdə danışmağı ar bilən fasonlu ədəbazlar” üzündəndirmi bunlar?

"Nə qədər dil bilsən, o qədər insansan” ən çox sevdiyim ifadələrdəndir. Təbii ki, mən Hüqonu, Bayronu, Geteni, Danteni orjinaldan oxumağı ürəkdən istərdim. Bütün dillərə sevgim və rəğbətim də sonsuzdur. Amma mənim öz anam, öz ana dilim var. Böyük ədibimiz F.Köçərli yazırdı: "Ana dili millətin mənəvi diriliyidir… Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Anamızı sevdiyimiz kimi dilimizi sevməliyik, onu ruhi qidamız kimi qorumalıyıq. Oz dilini yaşatmayan xalqın dilini başqası yaşatmayacaq, öz ruhunu qaranlıq dalana salanı başqa ruhlular günəş işığına çıxarmayacaq. Unutmayaq ki, bu dil 50 milyonluq Azərbaycan və 300 milyonluq dünya türklərinin dilidir. Bu dili sevməyənlərə, bu dilə xor baxanlara, bu dili ögey bilənlərə son olaraq böyük şairimiz B.Vahabzadənin aşağıdakı misralarını xatırladıram:

Bu dil –  bizim ruhumuz,
Eşqimiz, canımızdır.
Bu dil – bir-birimizlə
əhdi-peymanımızdır.
Dilimizi sevək, qoruyaq, yaşadaq!



Загрузка...
Həmçinin oxuyun:
Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi

Deputatdan gözlənilməz təklif - Azərbaycan məktəblərində rus bölməsi pullu olsun

Deputatdan gözlənilməz təklif - Azərbaycan məktəblərində rus bölməsi pullu olsun

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

"Təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir" EKSPERT RƏYİ

"Təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir" EKSPERT RƏYİ

Şabranda 3 nömrəli məktəbdə ana dili günü qeyd olunub

Şabranda 3 nömrəli məktəbdə ana dili günü qeyd olunub

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.

Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Şagirdlərə öyrədilən Azərbaycan dili kitabında biabırçılıq – Foto

Şagirdlərə öyrədilən Azərbaycan dili kitabında biabırçılıq – Foto

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar