AzTehsil.com


Xəbərlər / Müəllim
23 oktyabr 2018
2 262


Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi



 

 
"Azərbaycan Respublikasında ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib. Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb”. 

Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla belə, Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub.

Məlumatda o da vurğulanıb ki, məsələnin aktuallığı nəzərə alınıb.

"Maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış işçi qrup tərəfindən "Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə” layihəsi hazırlanıb.

"Hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək. Vəsaitin əsas məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək etməkdir. Vəsaitdə verilmiş məlumatlardan "Biologiya” fənni üzrə müvafiq məzmun standartlarının reallaşdırılması zamanı istifadə etmək tövsiyə edilir. Bu məlumatlardan sinif rəhbərləri, məktəbin həkimi və ya tibb bacısı da istifadə edərək dərsdənkənar vaxtlarda şagirdlərlə maarifləndirici söhbətlər apara bilərlər”.

Qeyd edək ki, bir neçə gündür orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsaitin tədris olunacağı söylənilir. Hətta,  kitabın müəllifi Kəmalə Aşumova  onun yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim etdiyini də bildirib.
 
 

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlik rəy bildirdi

 





Загрузка...
Həmçinin oxuyun:
"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

Ötən il Azərbaycanda əhali daha çox bu xəstəlikdən ölüb

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Şagirdləri daim zəif nəticə göstərən müəllimlər... - Təhsil naziri

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Nümunəvi   Əsasnamə

Nümunəvi Əsasnamə

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?