AzTehsil.com


Xəbərlər
18 sentyabr 2018
2 464


Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib



Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

 

 
Bilik Fondu Bilik Günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil edib.

Fonddan AzEdu.az-averilən məlumata görə, "2018-ci ilin Azərbaycan Respublikasında Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri ənənəvi olaraq, Bilik Günündə gerçəkləşib. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi və Bilik Fondunun birgə təşkilatçılığı ilə Fondun Lektorlar qrupunun üzvü olan tanınmış ictimai xadimlər, müxtəlif bölgələrin elm-təhsil müəssisələrində şagirdlərlə görüşüblər. Onlar görüşlərdə Fondun "İlboyu bilik" proqramı çərçivəsində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda mühazirələrlə çıxış ediblər.

15-17 sentyabr 2018-ci ildə Bilik Fondu Bakı şəhəri və Azərbaycanın bölgələrində fəaliyyət göstərən 129 orta təhsil müəssisəsində 128 alim, tədqiqatçı və mütəxəssisin iştirakı ilə 130 mühazirə təşkil edib.

Mühazirələrə Bilik Fondu və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə razılaşdırılmış qaydada AMEA-nın alim və tədqiqatçıları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ali məktəb müəllimləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Bilik evlərinin rəhbərləri, Fondun əməkdaşları cəlb olunublar. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas, peşə və ali təhsil, həmçinin, Bilik Fondunun yerli nümayəndələrinin rəhbərlik etdikləri bir sıra orta təhsil müəssisələrində şagirdlərlə keçirilən görüşləri dinləyicilər böyük maraqla qarşılayıblar.

2018-2019-cu tədris ilinin ilk dərs günü "Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” və "Cümhuriyyət tariximiz qürurumuzdur” mövzularında mühazirələr paytaxtın 47, şəhər və rayonların 54, qəsəbə və kəndlərin 28 orta təhsil müəssisəsində keçirilib.

AMEA-dan 26 alim və tədqiqatçı, ali məktəblərdən 16 əməkdaş, 8 millət vəkili, 6 akademik (AMEA – 5, BDU - 1), 12 professor, elmlər doktoru, 32 dosent, fəlsəfə doktoru, 14 jurnalist, Bilik Fondunun 52 yerli nümayəndəsi, 11 əməkdaşı və Bilik evlərinin 5 əməkdaşı tədbirlərdə mühazirəçi qismində iştirak edib.

Mühazirələr Aran bölgəsində 18, Qərb bölgəsində 13, Cənub bölgəsində 8, Şimal bölgəsində 13, Qarabağ bölgəsində 20, Dağlıq Şirvan bölgəsində 6 və Bakı-Abşeron bölgəsində 52 məkanda gerçəkləşib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin Bakı şəhəri Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun Bakı Oksbric Akademiyasında, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Məhəmməd Mehdiyevin Laçın rayonu 5 nömrəli tam orta məktəbdə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun Qusar rayonu B.Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbdə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanovun A.Hüseynzadə adına Bakı şəhəri 20 nömrəli məktəb-liseydə, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlının Nərimanov rayonu 36 nömrəli tam orta məktəbdə, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərlinin 46 nömrəli tam orta məktəbdə, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin 132-134 nömrəli tam orta məktəbdə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Zəngi " liseyində, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının İctimai İaşə Xidmət üzrə Dövlət Peşə Təhsil Mərkəzində, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərovun Xətai rayonu 269 nömrəli tam orta məktəbdə, Milli Məclisin üzvləri Dilarə Cəbrayılovanın Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə, Aydın Mirzəzadənin İ.Əfəndiyev adına Elitar Gimnaziyada və digər mühazirəçilərin müxtəlif elm-tədris müəssisələrində söylədikləri mühazirələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədris ilinin ilk günündə Bilik Fondunun təşkilatçılığı ilə gənclərlə və yerli sakinlərlə görüşən ziyalılar tam orta, orta ixtisas, peşə və ali təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edərək, ö dövrün mənzərəsini canlandırmağa çalışıblar. Natiqlər bildiriblər ki, müsəlman şərqində və türk dünyasında ilk müstəqil respublikanın məhz Azərbaycanda qurulması, bütün çətinliklərə baxmayaraq, 23 ay yaşaması tariximizin şanlı səhifəsidir. Hər bir azərbaycanlı bu tarixi dərindən öyrənməli və böyük dövlətçilik ənənəsi olan Azərbaycanın vətəndaşı olması ilə fəxr etməlidir.

Görüşlərdə o da xüsusi vurğulanıb ki, müstəqil dövlətimiz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən öz tarixi uğuruna qovuşub və Azərbaycan ikinci dəfə müstəqil olub. "Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir" deyən Ulu öndər xalqın ruhunu, gələcək nəsillərin vətənsevərliyini nəzərə alıb belə bir qənaətin danılmaz olduğunu bildirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan regionda lider dövlətə çevrilib. Elə bir regional layihə yoxdur ki, Azərbaycanın razılığı, imzası olmadan gerçəkləşsin. Artıq bütün dünya Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycanı tanıyır və qərarlarına hörmətlə yanaşır.

Mühazirəçilər Prezidentin imzası ilə 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti İli" elan olunduğunu xatırladaraq, bu çərçivədə görülən işlərdən danışıblar, xüsusilə, Bilik Fondunun keçirdiyi tədbirlər barəsində məlumat veriblər.

Ölkə ərazisində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda keçirilmiş maarifləndirici mühazirələrdən 15 mindən çox dinləyici – tələbələr, şagirdlər, müəllimlər faydalanıblar.

Bilik Fondu yenicə fəaliyyətə başladığı 2014-cü ildən etibarən, hər il Bilik Günündə maarifləndirici tədbirlərin təşkilatçısı olub.
 
 

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

 





Загрузка...
Həmçinin oxuyun:
Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Muxax kənd 3 nömrəli  tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Muxax kənd 3 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Azərbaycan tarixi yenidən yazılır

Azərbaycan tarixi yenidən yazılır