AzTehsil.com


Xəbərlər / Abituriyent
04 avqust 2018
4 901


"Bu da keçid ballarının qalxmasına səbəb olacaq"...



 

"Əvvəllər 400 bal toplayan şagirdə 450-dən başlayaraq ixtisas seçimi edirdiksə, bu il 400 bal toplayan şagirdə elə 400 baldan başlayan ixtisaslar seçmək lazımdır”
Aztehsil.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, müsabiqə şərtləri ötən illə müqayisədə mürəkkəbləşib:

"İxtisas seçimi təcrübəsi ixtisas seçənlərdə artıq  vərdiş halını alıb. Bu məsələylə bağlı son illərdə çox az səhvlər üzə çıxır. Səhvlər əsasən texniki istiqamətdə – saytda qeydiyyatdan keçəndə və  ixtisasları düzgün sıralayanda ortaya çıxır. Şagird bəzən ödənişli yaza biləcəyi yerləri ödənişsiz olaraq qeyd edir. Bu halda müsabiqə şərtini ödəməmək ehtimalı var. Bizə bir-iki gün içində bunla bağlı bir neçə müraciət daxil olub. Təsdiqlənən və səhvə yol verilən ərizələrdə düzəliş etməyin tək  yolu Dövlət İmtahan Mərkəzinə müraciət edərək ərizəni ləğv etməkdir. Bundan sonra abituriyentə icazə verilir ki, yenidən düzgün ixtisas seçimi etsin”.

İxtisasların ardıcıllığının düzgün yazılmasından danışan Elxan Nəcəfov bildirib ki, hər şagird topladığı bala uyğun, ötən il formalaşan keçid ballarına əsasən seçim aparmalıdır:

"Hər bir qrup üzrə statistik jurnallar var. Abituriyent statistik rəqəmlərə baxdıqdan sonra təqribən hansı ixtisaslara düşmə ehtimalı olduğunu müyənləşdirə bilər. Builki proqnozlaşdırma əvvəlki illərlə müqayisədə qismən mürəkkəbdir. Maksimum nəticə göstərənlər keçən illə müqayisədə 2-3 dəfə çoxdur. Xüsusilə də I ixtisas qrupunda diqqətli olmaq lazımdır. Əvvəllər 400 bal toplayan şagirdə 450-dən başlayaraq ixtisas seçimi edirdiksə, bu il elə 400 baldan başlayan ixtisaslar seçmək lazımdır. Çünki əvvəlki illərlə müqayisədə keçid ballarının I ixtisas qrupunda 30-40, bəzi ixtisaslarda isə 50-60 bal qalxacağını ehtimal etmək olar.II və III qruplarda isə ən yaxşı halda keçid balı əvvəlki kimi qalacaq. Müəyyən ixtisaslarda isə 10-15 bal artım müşahidə edilə bilər.

IV qrupun tibbi ixtisaslarının plan yerlərində azalma qeydə alınıb. Yerlərin sayı azaldığı üçün, həmin ixtisaslara rəqabət də artacaq. Bu da keçid ballarının qalxmasına səbəb olacaq.

İxtisas seçimində istifadə ediləcək vəsaitlər DİM tərəfindən satışa verilib. Bəzi ixtisaslar yeni yaranıblar. Həmin ixtisasların keçid balı müəyyənləşməsə də, abituriyent ixtisasın yerləşdiyi ali məktəbin və həmin ixtisasa yaxın olan digər ixtisasların balını nəzərə alaraq seçim etməlidir. Bu il Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bir sıra ali təhsil müəssisələrində yeni ixtisaslar fəaliyyət göstərəcək. Bakı Ali Neft Məktəbində informasiyanın gizlədilməsiylə bağlı ixtisas yaranıb. Universitetin keçid balı 650-dən yuxarı olduğu üçün həmin ixtisasa keçid də  bu civarlarda olacaq. Tədrisi ingilis dilində olan ixtisasların keçid balının 400-dən yuxarı olması ehtimal edilir.

Seçim zamanı tələsməyi, kortəbii seçim etməyi tövsiyə etmirik. Abituriyent xarekterinə uyğun ixtisası  qətiləşdirdikdən sonra seçim etməlidir. Diplom və ya universitet xatirinə seçim  düzgün deyil. Abituriyent özünü daha çox I ixtisas qrupunun ixtisaslarında tapmaq imkanı əldə edir. Bu da ixtisas sayının çoxluğu ilə əlaqədardır.  I qrupda 300-350 bal toplayan perspektivli ixtisasa düşdüyü halda, III ixtisas qrupunda  400-500 bal toplayan şagird istədiyi ixtisasa düşməyə bilir”.

Qeyd edək ki, I,II,III,IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 13 avqustadək davam edəcək.



Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

Bu il imtahan verən abituriyentlərin 50 faizdən çoxu... - NAZİRLİK AÇIQLADI - VİDEO

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

Rus bölməsi abituriyentlərinə qarşı haqsızlıq: DİM-in ikili standatları nələrdir? - FOTOFAKT

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

Abituriyentlər üçün yeni şans, yoxsa arxayınlıq? - Yeni imtahan qaydaları

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı