AzTehsil.com


Xəbərlər / Müəllim
19 iyul 2018
2 447


Bu, müəllimlərin peşəkar inkişafında, karyerasında xüsusi rol oynayacaq



 

 

Bu fikiri müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsini ictimayyət nümayəndələrinin izlədiyi vaxt, Təhsil Nazirliyi insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib:


İmtahanlarda iştirak edənlər, əsasən, son illərin məzunlarıdır. İbtidai sinif müəllimliyi üzrə imtahanlara qatılanlar arasında qadınların sayı kişilərdən xüsusilə çoxdur. Onun sözlərinə görə, digər fənlərdə bu fərq azalır. Tədbirdə iştirak edən digər şəxslər də imtahanlarla bağlı fikirlərini bölüşüblər.


Millət vəkilləri dini baxışlarına görə namizədlərə olan münasibətlə də maraqlanıblar. M.Vəliyeva suala cavab verərək bildirib ki, imtahanlarda iştirak etmək istəyən namizədlərə heç bir məhdudiyyət qoyulmayıb. Dini dünyagörüşündən asılı olmayaraq, pedaqoji təhsilli, bu peşəyə layiq olan hər kəs müəllim ola bilər. Əsas odur ki, müəllim dərsdə dini dünyagörüşünü təbliğ etməsin.


Ekspertlər müllimlərin iştirak etdiyi imtahanların nəticələrinin təhlil edilib-edilməməsi ilə maraqlanıblar. Bu barədə E.Bağırov məlumat verərək deyib ki, işləyən müəllimlərin diaqnostik qiymətləndirməsinin təhlili aparılıb. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda aparılan təhlillərin nəticələrinə uyğun olaraq müəllimlər müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb ediliblər. Bunun da nəticəsi olaraq müəllimlərin peşəkar səviyyəsində ciddi irəliləyişlər müşahidə olunur.


M.Vəliyeva əlavə edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamilə başa çatsa da, 2018-ci ilin may ayında təkrar diaqnostik qiymətləndirmə keçirilib. Bu dəfə iştirak edənlərin 90 faizə qədəri imtahanlara təkrar qatılanlar olub. Bununla da diaqnostik qiymətləndirmə başa çatıb. "Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə artıq müəllimlərin sertifikasiyası həyata keçiriləcək və bu da onların peşəkar inkişafında, karyerasında xüsusi rol oynayacaq.


Millət vəkili Elman Nəsirli imtahan prosesinin təşkilini yüksək qiymətləndirib: "Bu cür şəraitdə imtahan verib uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır. Hesab edirəm ki, bu, unikal bir şansdır. Müsabiqədə iştirak edib həm işə qəbul olunur, həm də yüksək maaş alanlar siyahısına daxil olursan. Bu gün həm də onun şahidi oldum ki, müəllimlik peşəsinin nüfuzu bərpa olunub. Hər gün hörmətdən düşmüş bir peşənin necə dirçəldiyinin şahidi oluruq. Bir vaxtlar müəlimliyi atanlar indi öz peşəsinə qayıtmaq üçün can atır, çaba göstərirlər”.


Millət vəkili Tahir Mirkişili müəllimliyin artan nüfuzunda yaradılan ədalətli rəqabət mühitinin rolunu xüsusi qeyd edib: "İmtahanları çox yüksək qiymətləndirirəm. Xüsusən, təşkilati cəhətdən çox yüksək səviyyə müşahidə etdim. Müəllim olmaq istəyənlər üçün bərabər imkanların yaradılması, şəffaflıq şəraitində mübarizə mühiti formalaşdırılması, nəticədə ədalətli rəqabətin təmin edilməsi müəllimliyin nüfuzunun artmasında olduğu qədər, müəllimlərin peşəkar inkişafında – gələcəkdə daha sağlam nəslin yetişməsində çox önəmlidir”.


Baş redaktor Elçin Mirzəbəyli isə bu fikirdədir ki, bu proses ali təhsil pilləsində də tətbiq edilməlidir: "Təşkilatçılıqdan tutmuş bu istiqamətdə həyata keçirilən bütün proses marağıma səbəb oldu. İmtahanları bu səviyyədə təşkil etməyin çətin olduğunu bilirəm. Bu çətinliyin öhdəsindən gəlib təhsil sahəsində şəffaflığa nail olunması çox müsbət haldır. Bir vaxtlar təhsildən uzaqlaşan, indi isə bu sahəyə qayıtmaq istəyən və qayıdan yaxınlarım da var. Təhsilə bu münasibət artıq kütləviləşib və bunda, heç şübhə yoxdur ki, Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların çox böyük rolu var. Ümid edirəm bu proses gələcəkdə ali təhsil müəssisələrində də tətbiq ediləcək”.


Təhsil eksperti Etibar Əliyev imtahanların nəticələrinin təhlilinə zərurət olduğunu vurğulayıb: "İmtahanlar çox şəffaf təşkil edilib. Hesab edirəm ki, imtahanların nəticələrinin təhlilinə də önəm verilməli, hətta əvvəlki illərin nəticələri ilə müqayisəli təhlili aparılmalıdır. Əvvəlki illərlə müqayisədə müəllimliyə namizədlərin imtahanlarında hansı tendensiyanın müşahidə edildiyi müəyyənləşdirilməlidir”.


Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlər ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 suala 90 dəqiqə ərzində cavab verirlər.




Загрузка...
Həmçinin oxuyun:
Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur

Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müəllimlərin maaşı artırılacaq.

Müəllimlərin maaşı artırılacaq.

Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Bu fənlər üzrə vakansiyalarda rəqabət daha çox olacaq - Təhsil Nazirliyi açıqladı

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"